Gerb

17 mart 2017, 13:10
W1siziisijiwmtcvmdmvmtcvn21uzwthngswxzawm180xy5qcgcixsxbinailcj0ahvtyiisijy1nhgzmjcjil1d?sha=80ac7c4c4ba1c5c8

Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniçi qəbul edib.

Görüşdə ikitərəfli münasibətlərimizin səviyyəsinin razılıq doğurduğu bildirildi, əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti qeyd edildi. Azərbaycan ilə Bosniya və Herseqovina arasında turizm, səhiyyə, qarşılıqlı ticarət və digər sahələrdə əməkdaşlıq imkanları ilə bağlı məsələlər müzakirə olundu.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar ətrafında fikir mübadiləsi aparıldı.


Böyük ölçüdə