İlham Əliyev Danimarkanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

26 mart 2017, 12:15
İlham Əliyev Danimarkanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Danimarkanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Svend Ollinqin etimadnaməsini qəbul edib.

Səfir Svend Ollinq fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Svend Ollinq etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlət başçısı Azərbaycan ilə Danimarka arasında ikitərəfli əlaqələri müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə inkişaf etdirməyin zəruriliyini vurğuladı. Hazırda ölkələrimiz arasında iqtisadi, o cümlədən ticarət sahəsində əməkdaşlığın aşağı səviyyədə olduğunu deyən Prezident İlham Əliyev daha çox biznes əlaqələrinə malik olmağın vacibliyini bildirdi.

Danimarka şirkətlərinin Azərbaycandakı uğurlu fəaliyyətinə toxunan fövqəladə və səlahiyyətli səfir Svend Ollinq ölkəsini təmsil edən şirkətin Azərbaycanın neft sektoruna sərmayə qoyduğunu, “Carlsberg” şirkətinin Azərbaycanda fəaliyyət göstərdiyini vurğulayaraq hazırda ölkəmizin qida sənayesinə investorları cəlb etdiklərini bildirdi. O, Danimarka şirkətlərinin ölkəmizə müasir texnologiya gətirəcəklərini və azərbaycanlı tərəfdaşları ilə birgə İsmayıllı rayonunda hind quşu fabrikini açmağı planlaşdırdıqlarını dedi. Ölkələrimiz arasında ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı müqavilənin imzalanacağını da bildirən danimarkalı diplomat əlaqələrimizin genişləndirilməsi ilə bağlı səylərini əsirgəməyəcəyini vurğuladı.

Dövlətimizin başçısı Danimarka şirkətlərinin ölkəmizin regionlarında qeyri-neft sektoruna sərmayə yatırmalarını Azərbaycanın iqtisadi siyasətinə uyğun olduğunu vurğuladı və bunun regionların inkişaf etdirilməsi, yerli istehsalın genişləndirilməsi, idxaldan asılılığın azaldılması və daha çox ixrac imkanlarının artırılması baxımından önəmini qeyd etdi.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Danimarkalı diplomat ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan etdi.

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10