27 mart 2017, 21:00

İbrahim Rəhimovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident, 

Ölkəmizdə səhiyyənin inkişaf etdirilməsi və əhalinin sağlamlığının qorunması üçün gördüyünüz işləri alqışlayıram. İndi respublikamızın bir çox tibb ocağında insanlara müasir və keyfiyyətli tibbi xidmət göstərilir, xəstələr şəfa tapır. 

Böyrəyimdə yaranmış problemlə əlaqədar akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında cərrahiyyə əməliyyatı keçirdim və nəticə çox yaxşı oldu. 

Cənab Prezident, yenidən sağlamlığıma qovuşduğum üçün özümü çox xoşbəxt hesab edirəm. İnanıram ki, Sizin məqsədyönlü siyasətiniz  sayəsində respublikamızda səhiyyə sahəsi daha da inkişaf edəcək, insanlara şəfa bəxş edən bacarıqlı həkimlərimizin sayı artacaqdır. 

Hörmətlə,

Rəhimov İbrahim Rəhim oğlu, 
II qrup əlil. 
 
Azərbaycan Respublikası, Bakı şəhəri.