İlham Əliyev Heydər Əliyev Fondu tərəfindən Saatlıda inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçasının açılışında iştirak edib

28 mart 2017, 10:55
İlham Əliyev Heydər Əliyev Fondu tərəfindən Saatlıda inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçasının açılışında iştirak edib

Prezident İlham Əliyev Heydər Əliyev Fondu tərəfindən Saatlıda inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.

Dövlətimiz bütün sahələrdə olduğu kimi, uşaqların sosial müdafiəsinin gücləndirilməsinə, onların sağlam və xoşbəxt böyümələrinə yüksək diqqət göstərir. Müasir körpələr evi-uşaq bağçalarının istifadəyə verilməsi bunun əyani təsdiqidir. Yeni uşaq tərbiyə müəssisələrinin inşasına, eləcə də mövcud olanların ən müasir tələblər səviyyəsində yenidən qurulmasına dövlət tərəfindən həyata keçirilən proqramlarla yanaşı, Heydər Əliyev Fondu da xüsusi töhfə verir. Fondun məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması ilə bağlı həyata keçirdiyi layihələr bu baxımdan çox mühüm rol oynayır. Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı bir daha sübut edir ki, uşaqların təlim-tərbiyəsi Fondun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Fondun təhsillə bağlı fəaliyyət dairəsində məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulmasına, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə nail olunmasına geniş yer ayrılıb. Həyata keçirilən bütün bu mühüm layihələr uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Azərbaycanda aparılan siyasətin uğurlu və məntiqli nəticəsidir.

Dövlətimizin başçısı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, Saatlı rayonunda 20 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə 1368 uşaq tərbiyə alır. Rayonun tələbatını nəzərə alaraq, Heydər Əliyev Fondunun təşəbbüsü ilə hər biri 100 yerlik olmaqla 2 yeni məktəbəqədər təhsil müəssisəsi üçün binalar inşa edilib. Şəhərin Heydər Əliyev prospektində yerləşən bu körpələr evi-uşaq bağçası onlardan biridir. Burada inşaat işləri 2015-ci ilin mayında başlanılıb və 2016-cı ilin dekabrında başa çatdırılıb. İkimərtəbəli binanın ümumi sahəsi 942,6 kvadratmetrdir. Binada 4 qrup və 4 yataq otağı var.

Bu otaqlarda balacaların təlim-tərbiyəsi ilə məşğul olmaq üçün bütün imkanlar yaradılıb. Bundan başqa, burada uşaqların asudə vaxtlarının və istirahətlərinin səmərəli təşkili üçün də hərtərəfli şərait mövcuddur. Binada tibb otağı, yeməkxana, mətbəx, camaşırxana və digər müxtəlif təyinatlı otaqlar var. Körpələr evi-uşaq bağçasında metodiki kabinet, oyun və musiqi zalları zəruri avadanlıqla təchiz edilib. Burada, ümumilikdə, 27 nəfər işlə təmin ediləcək.

Binanın ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb. Həyətdə uşaqların əylənməsi üçün meydança yaradılıb, müxtəlif attraksionlar quraşdırılıb.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10