Gerb

03 aprel 2017, 13:25

Hörmətli cənab Prezident,

Saatlı rayonunun Saatlı-Musalı-Dəlilər-Novruzlu avtomobil yolunun tikintisi ilə bağlı Sərəncam verdiyinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Son illər ərzində kəndimizin sosial problemlərinin həlli istiqamətində mühüm işlər görülüb. Heç şübhəsiz, avtomobil yolunun tikintisi nəqliyyatın yaxşılaşmasına və kəndimizin inkişafına gətirib çıxaracaq. Bu, biz kənd sakinlərinə böyük töhfədir.

Möhtərəm Prezident, kəndimizin sosial-iqtisadi inkişafına göstərdiyiniz qayğıya görə ailələrimiz adından Sizə bir daha təşəkkür edirik. Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

Həsənov Əbdülqasım Əsəd oğlu

Ağayev Nicat Nəsir oğlu

Məmmədov Astan Mağmirzə oğlu.

Azərbaycan Respublikası, Saatlı rayonu, Musalı kəndi.