04 aprel 2017, 17:00

Oktay Əmirov və Minayə Əhmədovadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Gözümün əməliyyat olunması ilə əlaqədar Sizə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət etmişdim. Sizin diqqət və qayğınız sayəsində akademik Zərifə xanım Əliyeva adına Milli Oftalmologiya Mərkəzində əməliyyat olundum. Həmçinin həyat yoldaşım öd daşı xəstəliyindən əməliyyat olundu. Hazırda hər ikimiz özümüzü çox sağlam və gümrah hiss edirik.

Cənab Prezident, Siz seçkilər ərəfəsində dediyiniz kimi, hər bir Azərbaycan vətəndaşının Prezidentisiniz. Bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya ailəmiz adından dərin təşəkkürümüzü bildiririk.

Hörmətlə,

Əmirov Oktay Edilxan oğlu

Əhmədova Minayə Hüseyn qızı,

II qrup əlillər, Laçın rayonundan məcburi köçkünlər.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.