07 aprel 2017, 12:10

Məryəm Quliyevadan, Mingəçevir, Azərbaycan

Möhtərəm cənab Prezident,

Biz Sizinlə fəxr edirik. Sizin apardığınız uğurlu siyasət nəticəsində bu gün Azərbaycan Respublikası sabitlik adasına çevrilib. Atdığınız hər bir addım ölkənin inkişafına və xalqımızın rifahının yaxşılaşmasına xidmət edir.

Siz həmişə insanların dayağı olmusunuz. Elə buna görə də ölkə vətəndaşları ən çətin məqamda Sizə müraciət etməyə üstünlük verirlər. Mən də qarşılaşdığım problemlə bağlı Sizə müraciət ünvalamışdım və sayənizdə problem öz müsbət həllini tapdı.

Möhtərəm Prezident, buna görə Sizə dərin təşəkkürümü bildirir, uzun ömür, möhkəm cansağlığı və gələcək işlərinizdə uğurlar arzu edirəm. Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

Quliyeva Məryəm Məmmədcamal qızı.

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.