07 aprel 2017, 14:05

Nazilə İbadovadan, Cəlilabad, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin bu ilin mart ayında imzaladığınız əfv Sərəncamınız neçə-neçə ailə kimi, bizim də ailəyə böyük sevinc bəxş etdi. Oğlum Murad İbadov əfv olundu.

Cənab Prezident, bu yaxşılığınızın qiyməti yoxdur. Bu, böyük savab, bayram ərəfəsində ağbirçək bir anaya bəxş etdiyiniz hədiyyədir, eyni zamanda, Sizə ünvanladığım ümid dolu müraciətimə diqqətlə yanaşılmasının əyani sübutudur.

Möhtərəm Prezidentim, biz də daxil olmaqla yüzlərlə ailəni sevindirdiyiniz üçün şəxsən öz adımdan və ailəmiz adından Sizə sonsuz təşəkkürümüzü bildirirəm. Dualarımız hər zaman Sizə kömək olsun. Amin.

Hörmətlə,

İbadova Nazilə Minəxan qızı.

Azərbaycan Respublikası, Cəlilabad rayonu.