Gerb

08 aprel 2017, 14:05

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident.

Finlandiya Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə təbriklərimi qəbul edin.

İki onillikdən artıq davam edən ikitərəfli əməkdaşlıq bizə bir sıra ortaq nailiyyətlər qazandırmışdır. Əminəm ki, biz gələcəkdə daha yüksək əməkdaşlığın şahidi olacağıq.

Cənab Prezident, ən dərin ehtiramımı, ölkənizə sülh və firavanlıq arzularımı qəbul edin.

Hörmətlə,

Sauli Niinistö

Finlandiya Respublikasının Prezidenti