“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

12 aprel 2017, 20:35

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:

“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 130; 2005, № 4, maddə 276; 2007, № 5, maddə 401, № 6, maddə 562, № 11, maddə 1070; 2008, № 11, maddə 960; 2009, № 6, maddə 404, № 7, maddə 517; 2010, № 4, maddə 276, № 10, maddə 839; 2011, № 7, maddə 590; 2013, № 7, maddə 790; 2014, № 7, maddə 772, № 12, maddə 1517; 2015, № 11, maddə 1262; 2016, № 6, maddə 975) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddə üzrə:

1.1. maddənin birinci abzasında “Bu” sözündən əvvəl “1.0.” rəqəmləri əlavə edilsin;

1.2. ikinci-iyirmi üçüncü abzaslar müvafiq olaraq 1.0.1-1.0.22-ci maddələr hesab edilsin, 1.0.1-1.0.17-ci və 1.0.19-1.0.22-ci maddələrin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin;

1.3. 1.0.13-cü maddədə “hüquqi şəxslər” sözləri “hüquqi şəxslər, bazar şərtlərindən əhəmiyyətli dərəcədə fərqlənən və açıq-aşkar iqtisadi əsasları olmayan əməliyyatların aparıldığı şəxslər” sözləri ilə əvəz edilsin;

1.4. aşağıdakı məzmunda 1.0.23-1.0.33-cü maddələr əlavə edilsin:

“1.0.23. Fond – “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yaradılmış hüquqi şəxsdir;

1.0.24. Ödəmə qabiliyyətini itirmiş bank – bu Qanunun 57.1.1-57.1.3-cü maddələrində göstərilən əsaslardan hər hansı birinin və ya bir neçəsinin müəyyən edildiyi ödəmə qabiliyyətini itirmiş və ya itirmək təhlükəsi olan bankdır;

1.0.25. Rezolyusiya – ödəmə qabiliyyətini itirmiş bankın, o cümlədən bank holdinq şirkətinin təxirəsalınmadan və mümkün az məsrəflə maliyyə bazarından kənarlaşdırılması məqsədi ilə maliyyə bazarlarına nəzarət orqanı tərəfindən bu Qanunun 57.6-cı maddəsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsidir;

1.0.26. Rezolyusiya ilə bağlı tədbirlər planı – ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiya metodunu, şərtlərini, müddətini və iqtisadi əsaslandırmasını özündə əks etdirən sənəddir;

1.0.27. Körpü bank – ödəmə qabiliyyətini itirmiş bankın sağlam aktivlərinin və öhdəliklərinin tam və ya qismən köçürülməsi və onların müvəqqəti idarə edilməsi məqsədi ilə maliyyə bazarlarına nəzarət orqanı tərəfindən yaradılan və idarə olunan bankdır;

1.0.28. Alıcı bank – bu Qanunla müəyyən edilmiş qaydada ödəmə qabiliyyətini itirmiş bankın aktiv və öhdəliklərini hərrac yolu ilə əldə edən bankdır;

1.0.29. İnvestor – bu Qanunla müəyyən edilmiş qaydada ödəmə qabiliyyətini itirmiş bankın və ya körpü bankın satın alınması üçün maliyyə bazarlarına nəzarət orqanına müraciət edən hüquqi və ya fiziki şəxsdir;

1.0.30. Müvəqqəti inzibatçı – bu Qanunda nəzərdə tutulmuş hallarda maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təyin edilən, ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası çərçivəsində maliyyə bazarlarına nəzarət orqanının adından bankın idarə olunması üzrə bütün səlahiyyətləri, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətlərini həyata keçirən şəxsdir;

1.0.31. Sağlam aktiv – maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktları ilə standart aktiv kimi təsnifləşdirilmiş aktivdir;

1.0.32. Sistem əhəmiyyətli bank – maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktı ilə müəyyən edilən meyarlara uyğun bankdır;

1.0.33. Bankın öhdəliklərinin könüllü restrukturizasiyası – bankın maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə restrukturizasiya planı (bundan sonra - restrukturizasiya planı) əsasında həyata keçirilən inzibati, hüquqi, maliyyə, təşkilati-texniki və digər tədbir və prosedurların məcmusudur.”.

2. 10.2.1-ci maddədə “il ərzində” sözləri “ildən az olmayan müddətdə” sözləri ilə, “üç” sözü “iki” sözü ilə əvəz edilsin;

3. 16.1.18-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 16.1.19-cu və 16.1.20-ci maddələr əlavə olunsun:

“16.1.19. ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası ilə bağlı tədbirlər planında nəzərdə tutulduqda;

16.1.20. bankın rezolyusiyası ilə bağlı tədbirlər planının icrası nəzərdə tutulan müddətdə başa çatdırılmadıqda və ya ödəmə qabiliyyətinin bərpası ilə bağlı tədbirlər nəticə vermədikdə.”.

4. 19.1-ci maddədə “Bank” sözü “Bu Qanunun 57-8-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bank” sözləri ilə əvəz edilsin.

5. 34.5-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Maliyyə bazarlarına nəzarət orqanı sistem əhəmiyyətli banklara münasibətdə banklar üçün bu Qanunun 34.2-ci maddəsinə əsasən müəyyən edilmiş normativ və tələblərdən fərqli normativlər və tələblər müəyyən etmək hüququna malikdir.”.

6. VII fəsil ləğv edilsin.

7. VIII fəsil aşağıdakı redaksiyada verilsin:

“VIII fəsil

ÖDƏMƏ QABİLİYYƏTİNİ İTİRMİŞ BANKIN
REZOLYUSİYASI

Maddə 57. Ödəmə qabiliyyətini itirmiş banka müvəqqəti inzibatçı təyin edilməsi

57.1. Aşağıdakı əsaslardan hər hansı birinin və ya bir neçəsinin müəyyən edildiyi hallarda maliyyə bazarlarına nəzarət orqanı ödəmə qabiliyyətinin itirilməsi ilə əlaqədar banka müvəqqəti inzibatçının təyin edilməsi barədə qərar qəbul edir:

57.1.1. bankın məcmu kapitalının miqdarı maliyyə bazarlarına nəzarət orqanının banklar üçün müəyyən etdiyi məcmu kapitalın minimum miqdarının 25 faizinə və ya onun adekvatlıq əmsalı 3 faizə çatdıqda;

57.1.2. bu Qanunun 57-11-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, bank hər hansı öhdəliyi üzrə ödənişlərin icrasını təmin edə bilmədikdə və ya icra müddəti bitməkdə olan öhdəliklərinin icrası üçün yetərli miqdarda likvid vəsaitə malik olmadıqda;

57.1.3. bank lisenziyası bu Qanunla müəyyən edilmiş digər əsaslar üzrə ləğv edilməli olduqda.

57.2. Bank bu Qanunun 47.5-ci, 48.1-ci və 49.2-ci maddələrinin tələblərini yerinə yetirmədikdə maliyyə bazarlarına nəzarət orqanı həmin banka müvəqqəti inzibatçı təyin etmək hüququna malikdir.

57.3. Banka müvəqqəti inzibatçı təyin edilməsi haqqında maliyyə bazarlarına nəzarət orqanının qərarı bankın prudensial hesabatlarına, bankda aparılmış yoxlamanın nəticələrinə dair hesabata və ya kənar audit hesabatlarına istinad edilməklə əsaslandırılır. Müvəqqəti inzibatçının təyin edilməsi və ya təyin olunma müddətinin uzadılması barədə qərarda onun haqqında məlumatlar və səlahiyyət müddəti göstərilir. Maliyyə bazarlarına nəzarət orqanı ödəmə qabiliyyətini itirmiş banka müvəqqəti inzibatçının təyin edilməsi barədə qərar qəbul etdiyi gün öz işçiləri sırasından və ya kənar şəxslərdən (fiziki və (və ya) hüquqi şəxslərdən) banka müvəqqəti inzibatçı təyin edir və həmin gündən bankın rezolyusiyası prosesinə başlayır. Maliyyə bazarlarına nəzarət orqanı müvəqqəti inzibatçının təyin edilməsi barədə qərarı qəbul etdikdən sonra dərhal bankın Müşahidə Şurasının və İdarə Heyətinin sədrlərinə təqdim olunmasını təmin edir.

57.4. Banka müvəqqəti inzibatçı təyin edildiyi gündən:

57.4.1. bankın idarə olunması üzrə bütün səlahiyyətlər, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətləri dayandırılır;

57.4.2. bankın idarə olunması üzrə bütün səlahiyyətlər, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətləri müvəqqəti inzibatçıya keçir.

57.5. Müvəqqəti inzibatçı təyin edildiyi gündən sonrakı gündən başlayaraq ən geci 30 təqvim günü müddətində rezolyusiya metodunu, şərtlərini, iqtisadi əsaslandırmasını və müddətlərini özündə əks etdirən tədbirlər planını ödəmə qabiliyyətini itirmiş bankın maliyyə göstəricilərinə əsasən hazırlayıb maliyyə bazarlarına nəzarət orqanına təqdim edir.

57.6. Ödəmə qabiliyyətini itirmiş bank ən geci 9 ayadək müddətə müvəqqəti inzibatçı tərəfindən idarə olunur. Bu müddət maliyyə bazarlarına nəzarət orqanı tərəfindən 3 ayadək müddətə uzadıla bilər. Bu müddətdə maliyyə bazarlarına nəzarət orqanı ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası ilə bağlı aşağıdakı tədbirləri həyata keçirir:

57.6.1. ödəmə qabiliyyətini itirmiş bankın sağlam banka qoşulmasını;

57.6.2. ödəmə qabiliyyətini itirmiş bankın aktiv və öhdəliklərinin tam və ya qismən alıcı banka köçürülməsini;

57.6.3. körpü bankın yaradılmasını, ödəmə qabiliyyətini itirmiş bankın sağlam aktivlərinin və öhdəliklərinin körpü banka köçürülməsini və körpü bankın investora satılmasını;

57.6.4. ödəmə qabiliyyətini itirmiş bankın investora satılmasını;

57.6.5. ödəmə qabiliyyətini itirmiş bankın ləğvini.

57.7. Müvəqqəti inzibatçı bankın kreditorlarının bankın rezolyusiyası çərçivəsində əldə edəcəyi vəsaitin bankın ləğv ediləcəyi halda əldə edəcəyi vəsaitdən az olmamasını təmin etməlidir.

57.8. Banka müvəqqəti inzibatçı təyin olunduğu dövrdə bankın aktivlərinin və maliyyə vəziyyətinin qiymətləndirilməsi, habelə aktivlərin dəyərinin aşağı düşməsinin qarşısını almaq məqsədi ilə maliyyə bazarlarına nəzarət orqanının ərizəsi ilə məhkəmə hüquqi və fiziki şəxslərin bankdakı depozitləri və bankın digər öhdəlikləri üzrə ödənişləri tamamilə və ya qismən dayandıra (moratorium tətbiq edilə) bilər.

Maddə 57-1. Bankın müvəqqəti inzibatçı tərəfindən idarə edilməsi

57-1.1. Müvəqqəti inzibatçı bu Qanunla bank inzibatçıları üçün müəyyən edilmiş tələblərə cavab verməlidir.

57-1.2. Ödəmə qabiliyyətini itirmiş banka aidiyyəti olan şəxslər, bankın səhmdarları, kreditorları və borcluları müvəqqəti inzibatçı təyin edilə bilməzlər. Bu kimi halların mövcudluğu müvəqqəti inzibatçı təyin olunduqdan sonra aşkar olunarsa, inzibatçının fəaliyyətinə xitam verilir.

57-1.3. Bankın idarə edilməsi ilə bağlı bütün xərclər bankın vəsaiti hesabına həyata keçirilir. Bankın idarə edilməsi üçün bankın öz vəsaiti olmadıqda, bankın idarə edilməsi maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təsdiq edilmiş xərclər smetası əsasında maliyyə bazarlarına nəzarət orqanının vəsaiti hesabına həyata keçirilir. İdarə edilməsi üçün kifayət qədər vəsaiti olmayan bankın rezolyusiyası 3 ay müddətində başa çatdırılmalıdır.

Maddə 57-2. Müvəqqəti inzibatçının bankın idarə edilməsi ilə bağlı səlahiyyətləri

57-2.1. Banka müvəqqəti inzibatçı təyin edilməsi barədə maliyyə bazarlarına nəzarət orqanının qərarı banka təqdim edildiyi gündən idarəetmə orqanları bankın möhürlərini, ştamplarını, bütün əmlakını, mühasibat kitablarını və digər sənədlərini müvəqqəti inzibatçıya təhvil verməli və bankın fəaliyyəti ilə bağlı zəruri olan məlumatları təqdim etməlidir.

57-2.2. Maliyyə bazarlarına nəzarət orqanının müraciəti ilə müvafiq icra hakimiyyəti orqanı müvəqqəti inzibatçının bankın binasına daxil olmasını, bankın aktivlərini, mühasibat kitablarını və yazılarını idarəetməyə qəbul etməsini və onların qorunmasını təmin etməlidir.

57-2.3. Müvəqqəti inzibatçının təyin olunduğu gündən bankın idarəetmə orqanları tərəfindən imzalanmış əqdlər və həyata keçirdiyi əməliyyatlar hüquqi qüvvəyə malik olmur və etibarsız hesab olunur. Müvəqqəti inzibatçı bankın bütün idarəetmə orqanlarının səlahiyyətlərini həyata keçirməklə yanaşı, aşağıdakı tədbirləri görür:

57-2.3.1. bankın əmlakının və sənədlərinin qorunması üçün tədbirlər görür;

57-2.3.2. bankın kreditorlarını və onların qarşısında bankın pul öhdəliklərinin miqdarını müəyyən edir;

57-2.3.3. bankın qarşısında olan borcların qaytarılması üçün tədbirlər görür;

57-2.3.4. bankın adından müqavilələr və sənədlər imzalayır;

57-2.3.5. kredit müqavilələri də daxil olmaqla, bankın maraqlarına aşkar şəkildə zidd olan şərtlərlə bağlanılması nəticəsində bankın maliyyə vəziyyətinin pisləşməsinə səbəb olmuş müqavilə öhdəliklərinin icrasından imtina və həmin müqavilələrin ləğvi üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən edilmiş qaydada tədbirlər görür;

57-2.3.6. bankın maliyyə dayanıqlılığına xələl gətirdiyi halda bankın investisiya qoyuluşunu nəzərdə tutan müqavilələrinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən edilmiş qaydada ləğvi və ya onlara əlavə və dəyişikliklər edilməsi üzrə tədbirlər görür;

57-2.3.7. aktivlərin keyfiyyətinin pisləşməsinin qarşısını almaq tələb olunduqda bank tərəfindən verilmiş kreditlərin restrukturizasiyasını (kreditin ödəmə müddətinin uzadılması, faizlərin azaldılması və ya ləğv edilməsi, ümidsiz borcların silinməsi) həyata keçirir;

57-2.3.8. bankın fəaliyyətinin auditini və hüquqi sənədlərinin ekspertizasını təşkil edir;

57-2.3.9. bu Qanunun 57-10-cu maddəsində nəzərdə tutulmuş tədbirləri görür, bankın ödəmə qabiliyyətinin itirilməsinə gətirib çıxaran halları araşdırır, bu kimi halların baş verməsində şübhəli bilinən şəxslərin məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti orqanlara müraciət edir, banka dəymiş zərərin ödənilməsi üçün məhkəmədə iddia qaldırır;

57-2.3.10. bankda və onun yaratdığı törəmə hüquqi şəxslərdə işdən azad edilmə, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, aşağı vəzifəyə keçirilmə, müvəqqəti vəzifədən kənarlaşdırma, işçilər arasında vəzifə bölgüsü də daxil olmaqla, əmrlər verir;

57-2.3.11. bankın xərclərinin azaldılması istiqamətində tədbirlər görür;

57-2.3.12. maliyyə bazarlarına nəzarət orqanının razılığı ilə bankın idarə edilməsinə başqa şəxsləri, o cümlədən bankın inzibatçılarını və əməkdaşlarını cəlb edir;

57-2.3.13. mənfəətin bölüşdürülməsini və dividendlərin ödənilməsini dayandırır;

57-2.3.14. ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası ilə bağlı tədbirlər planının layihəsini hazırlayıb maliyyə bazarlarına nəzarət orqanına təqdim edir;

57-2.3.15. ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası ilə bağlı tədbirlər planının yerinə yetirilməsi üçün işlər görür;

57-2.3.16. öz fəaliyyəti və bankın rezolyusiyası ilə bağlı tədbirlər planının icrası barədə ayda bir dəfə maliyyə bazarlarına nəzarət orqanına hesabat verir.

57-2.4. Bankın maliyyə vəziyyətinin yaxşılaşdırılması, itirilmiş kapitalının bərpası və likvidliyinin təmin edilməsi məqsədi ilə müvəqqəti inzibatçı, həmçinin aşağıdakı səlahiyyətləri həyata keçirir:

57-2.4.1. bankın rezolyusiyası ilə bağlı tədbirlər planının hazırlanması çərçivəsində bankın aktivlərinin və öhdəliklərinin həcmini müəyyən edir, yenilənmiş balans hesabatını hazırlayır, məcmu kapitalını yenidən qiymətləndirir və bankın kapital kəsirini müəyyən edir;

57-2.4.2. bankın kapitalının artırılması üçün:

57-2.4.2.1. nizamnamə kapitalındakı payının artırılması müqabilində bankın mühüm iştirak payına malik səhmdarlarına məxsus olan, bankın çatışmayan kapitalı həcmində bankda saxlanılan əmanətlərini nizamnamə kapitalına daxil edir;

57-2.4.2.2. nizamnamə kapitalındakı payının artırılması müqabilində bankın mühüm iştirak payına malik səhmdarlarının banka bilavasitə və ya dolayı olaraq verdiyi subordinasiya borc öhdəliklərini ikinci dərəcəli kapitaldan nizamnamə kapitalına daxil edir;

57-2.4.3. bankın yaratdığı törəmə hüquqi şəxslərdəki payını (onun bir hissəsini), mülkiyyətində olan daşınmaz əmlakı və digər aktivləri satır və ya girov qoyur.

Maddə 57-3. Ödəmə qabiliyyətini itirmiş bankın aktivlərinin pisləşməsinin və mümkün zərərin qarşısının alınması üzrə tədbirlər

57-3.1. Müvəqqəti inzibatçı bankın əmlakının və sənədlərinin mühafizəsi və qorunması üçün tədbirlər görməlidir. Müvəqqəti inzibatçı təyin edildiyi gündən 30 təqvim günü ərzində bankın aktiv və öhdəliklərinin inventarizasiyasını aparmalı və bankın yenilənmiş balans hesabatını hazırlamalıdır.

57-3.2. Təyin oldunduğu gündən 45 təqvim günü ərzində müvəqqəti inzibatçı bankın maliyyə vəziyyətinin pisləşməsinə səbəb olan halların, o cümlədən aşağıdakı halların müəyyən edilməsi üçün bankın son 2 il ərzində bağlamış olduğu müqavilələri, sazişləri, habelə həyata keçirdiyi əməliyyatları təhlil edir:

57-3.2.1. bankın əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsini və ya istifadəyə verilməsini;

57-3.2.2. normal bazar şəraitində tətbiq edilməyən güzəştlərin kredit müqavilələri ilə müştəriyə verilməsini;

57-3.2.3. kredit və ya digər müqavilələrin bankın aktivlərinin ələ keçirilməsi məqsədi ilə bağlanmasını;

57-3.2.4. bankın bəzi kreditorlara imtiyazlar və güzəştlər verən ödənişlərlə və ya əmlakla bağlı əqdlər bağlamasını;

57-3.2.5. banka aidiyyəti olan şəxslərlə qanunvericiliyin tələblərini pozan və ya bankın əmanətçilərinin və kreditorlarının maraqlarına təhlükə yaradan müqavilələrin bağlanmasını;

57-3.2.6. bağlanmış müqavilələr əsasında əmlakı, malları və xidmətləri onların real dəyərindən əhəmiyyətli dərəcədə yuxarı qiymətə bankın satın almasını;

57-3.2.7. kreditlərin təminatı kimi çıxış edən əmlakın dəyərinin şişirdilməsini.

57-3.3. Bu Qanunun 57-3.2-ci maddəsində nəzərdə tutulmuş müqavilələr etibarsız hesab olunur. Müvəqqəti inzibatçı qeyd olunan müqavilələr əsasında bankın əldən çıxmış aktivlərinin geri qaytarılması, habelə banka dəymiş zərərin ödənilməsi üçün qanunvericiliklə müəyyən edilmiş tədbirlər görür.

57-3.4. Müvəqqəti inzibatçının bankın idarəedilməsi ilə bağlı bu Qanun çərçivəsində qəbul etdiyi qərarlarından maraqlı şəxslər inzibati qaydada və məhkəməyə şikayət verə bilər.

Maddə 57-4. Müvəqqəti inzibatçının fəaliyyətinə nəzarət

57-4.1. Maliyyə bazarlarına nəzarət orqanı müvəqqəti inzibatçının fəaliyyətinə nəzarəti aşağıdakı qaydada həyata keçirir:

57-4.1.1. müvəqqəti inzibatçının fəaliyyəti barədə məlumat tələb edir və hesabat alır;

57-4.1.2. müvəqqəti inzibatçıya bankın idarə edilməsi və bankın rezolyusiyası ilə bağlı tədbirlər planının icrası ilə əlaqədar tövsiyələr və yazılı şəkildə icrası məcburi göstərişlər verir;

57-4.1.3. müvəqqəti inzibatçının təyinat müddətinin uzadılması barədə qərar qəbul edir;

57-4.1.4. müvəqqəti inzibatçının bankın idarəedilməsi ilə bağlı bu Qanun çərçivəsində qəbul etdiyi qərarlarından maraqlı şəxslərin verdiyi şikayətlərə baxır.

57-4.2. Müvəqqəti inzibatçının fəaliyyətinə maliyyə bazarlarına nəzarət orqanı tərəfindən aşağıdakı hallarda xitam verilir:

57-4.2.1. müvəqqəti inzibatçının təyinat müddəti bitdikdə;

57-4.2.2. bu Qanunun 57-4.3-cü maddəsində nəzərdə tutulmuş hallarda, müvəqqəti inzibatçının fəaliyyətinə vaxtından əvvəl xitam verildikdə;

57-4.2.3. ödəmə qabiliyyətini itirmiş bank məcburi ləğv edildikdə və ya müflis elan olunduqda;

57-4.2.4. ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası ilə bağlı tədbirlər planının icrası başa çatdırıldıqda.

57-4.3. Ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası ilə bağlı tədbirlər planının icrası nəzərdə tutulan müddətdə başa çatdırılmadıqda və ya ödəmə qabiliyyətinin bərpası ilə bağlı tədbirlər nəticə vermədikdə, maliyyə bazarlarına nəzarət orqanı müvəqqəti inzibatçının fəaliyyətinə vaxtından əvvəl xitam verilməsi və bankın lisenziyasının ləğvi barədə qərar qəbul edir.

57-4.4. Müvəqqəti inzibatçının fəaliyyətinə xitam verildikdən sonra o, yekun hesabatı 30 gün müddətində hazırlayıb maliyyə bazarlarına nəzarət orqanına təqdim edir.

Maddə 57-5. Ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası ilə bağlı tədbirlər planı

57-5.1. Müvəqqəti inzibatçının təqdim etdiyi gündən 15 təqvim günü ərzində maliyyə bazarlarına nəzarət orqanı ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası ilə bağlı tədbirlər planını təsdiq etməlidir. Bu müddət maliyyə bazarlarına nəzarət orqanı tərəfindən 15 təqvim gününədək uzadıla bilər.

57-5.2. Tədbirlər planının layihəsi müvəqqəti inzibatçı tərəfindən minimum itkinin hesablanması prinsipi ilə müvafiq təhlillər və hesablamalar aparılmaqla hazırlanır.

57-5.3. Tədbirlər planı ödəmə qabiliyyətini itirmiş bankın aktiv və öhdəliklərinin inventarizasiyasının nəticələri və bankın maliyyə və əmlak vəziyyətinin qiymətləndirilməsi əsasında müəyyən edilmiş bu Qanunun 57.6-cı maddəsində nəzərdə tutulmuş tədbirlərdən hər hansı biri ilə bankın ödəmə qabiliyyətinin bərpası və ya ləğvi üçün müvafiq tədbirləri özündə əks etdirməlidir.

57-5.4. Tədbirlər planına xüsusilə aşağıdakılar daxil edilir:

57-5.4.1. ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiya tədbiri kimi itkilər və xərclər baxımından daha sərfəli olan bu Qanunun 57.6-cı maddəsində göstərilmiş tədbirlərdən hər hansı birinin seçilməsi üçün xərclərin əsaslandırılması və onların müqayisəli təhlili (bu cür təhlilin aparılması qaydaları və metodologiyası maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir);

57-5.4.2. bankın rezolyusiyası zamanı proses iştirakçıları, bankın əmanətçiləri və digər kreditorları ilə münasibətlərin tənzimlənməsinin üsul, qayda və şərtləri;

57-5.4.3. alıcı bankın və investorun seçilməsi üçün hərracın şərtləri;

57-5.4.4. tədbirlər planının həyata keçirilməsi üçün müddət;

57-5.4.5. bankın ləğvi zamanı satıla bilən aktivlərin qiymətləndirilmiş dəyəri.

57-5.5. Tədbirlər planı maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təsdiq edildikdən sonra bankın müvəqqəti idarə edilməsi və (və ya) ləğv edilməsi bu plan əsasında həyata keçirilir. Maliyyə bazarlarına nəzarət orqanı tədbirlər planına əlavə və dəyişikliklər etmək səlahiyyətinə malikdir.

Maddə 57-6. Ödəmə qabiliyyətini itirmiş bankın aktiv və öhdəliklərinin alıcı banka köçürülməsi

57-6.1. Tədbirlər planına uyğun olaraq müvəqqəti inzibatçı ödəmə qabiliyyətini itirmiş bankın aktiv və öhdəliklərinin bu Qanunda nəzərdə tutulan qaydada alıcı banka köçürülməsini təmin etməlidir. Ödəmə qabiliyyətini itirmiş bankın aktiv və öhdəliklərini qəbul etmək istəyən alıcı bank sağlam bank olmalıdır. Alıcı bankın sağlam bank olmasının müəyyən edilməsi üçün alıcı bankın maliyyə vəziyyəti, idarəetmə sistemi, əmanətçilər və kreditorlar qarşısında öhdəliklərini yerinə yetirmə qabiliyyətinin olması, prudensial tələbləri yerinə yetirməsi, habelə aktivlərin köçürülməsinin bank sistemində yaradacağı risklər maliyyə bazarlarına nəzarət orqanı tərəfindən qiymətləndirilir. Qiymətləndirmə nəticəsində maliyyə bazarlarına nəzarət orqanının müsbət rəyini almış alıcı bank bu Qanunun 57-6.3-cü maddəsində nəzərdə tutulmuş hərracda iştirak edə bilər.

57-6.2. Müvəqqəti inzibatçı köçürüləcək aktiv və öhdəliklərin reyestrini tərtib edir. Aktiv və öhdəliklərin köçürülməsi zamanı müvəqqəti inzibatçı kreditorların bu Qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş növbəliliyinə uyğun olaraq, bütün kreditorlarla bərabər və vicdanla davranmalıdır.

57-6.3. Alıcı bank maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilən qaydalara uyğun olaraq keçirilən hərrac yolu ilə seçilir. Hərrac nəticəsində seçilmiş alıcı bankla bağlanan müqavilədə həmin bankın ödəmə qabiliyyətini itirmiş bankın aktiv və öhdəliklərini qəbul etməsi barədə yazılı öhdəliyi əks olunmalıdır.

57-6.4. Ödəmə qabiliyyətini itirmiş bankın öhdəlikləri onların balans dəyərində alıcı bankla bağlanılan borcların ötürülməsi haqqında müqavilə əsasında köçürülür. Borcların ötürülməsi haqqında müqavilənin bağlanması üçün kreditorların razılığı, eləcə də ödəmə qabiliyyətini itirmiş bankın kreditorları ilə bağlanmış müqavilələrdə əlavə və dəyişikliklərin edilməsi tələb olunmur. Alıcı bank kreditorlara münasibətdə borclunun bütün hüquq və vəzifələrini əldə edir.

57-6.5. Ödəmə qabiliyyətini itirmiş bankın aktivləri qüvvədə olan əqdlər və qiymətli kağızlarla bağlı müqavilələr əsas götürülməklə, alıcı bankla bağlanan tələbin güzəşti və qiymətli kağızlara hüquqların ötürülməsi haqqında müqavilə əsasında köçürülür. Bu cür müqavilənin bağlanması üçün borcluların razılığı tələb olunmur. Alıcı bank ona ötürülmüş tələblər və qiymətli kağızlar üzrə hüquqlarla bağlı borclulara münasibətdə kreditorun bütün hüquq və vəzifələrini əldə edir. Müvafiq borclularla ödəmə qabiliyyətini itirmiş bank arasında bağlanmış müqavilələrə əlavə və dəyişikliklərin edilməsi tələb olunmur.

57-6.6. Bu Qanunun 57-6.4-cü və 57-6.5-ci maddələrində qeyd olunan müqavilələr bir sənəd kimi (qarışıq müqavilə) tərtib oluna bilər.

57-6.7. Müvəqqəti inzibatçı ödəmə qabiliyyətini itirmiş bankın aktiv və öhdəliklərinin digər banka köçürülməsi barədə borcluları və kreditorları müvafiq müqavilələr bağlandığı vaxtdan 5 gün müddətində məlumatlandırmalıdır.

57-6.8. Aktiv və öhdəliklərin alıcı banka köçürülməsinin başa çatdığı gün maliyyə bazarlarına nəzarət orqanı ödəmə qabiliyyətini itirmiş bankın bank lisenziyasının ləğvi barədə qərar qəbul edir və bu Qanunun 59.1-ci maddəsində nəzərdə tutulmuş halda məhkəməyə müraciət edir.

Maddə 57-7. Ödəmə qabiliyyətini itirmiş bankın satılması və sağlam banka qoşulması

57-7.1. Müvəqqəti inzibatçı bankın rezolyusiyası ilə bağlı tədbirlər planına uyğun olaraq ödəmə qabiliyyətini itirmiş bankı məhkəmənin qərarı ilə təsdiq edilməklə investora satır.

57-7.2. İnvestor maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilən tələblərə cavab verməlidir.

57-7.3. Bankın rezolyusiyası ilə bağlı tədbirlər planında ödəmə qabiliyyətini itirmiş bankın investora satılmasının məhkəmə qərarı ilə təsdiq edildiyi gündən başlayaraq:

57-7.3.1. müvəqqəti inzibatçı ödəmə qabiliyyətini itirmiş bankın səhmdarları adından səhmlər barəsində sərəncam vermək hüquqlarını əldə edir;

57-7.3.2. ödəmə qabiliyyətini itirmiş bankın məcmu kapitalı nizamnamə kapitalından az olduğu halda, müvəqqəti inzibatçı bankın səhmlərinin yeni nominal dəyərinin müəyyən edilməsi və bankın nizamnamə kapitalının müvafiq həcmdə azaldılması barədə qərar qəbul edir. Bankın kapitalı itirildiyi halda, bankın nizamnamə kapitalının dəyəri şərti maliyyə vahidinə endirilir;

57-7.3.3. bankın səhmdarlarına səhmlər barədə istənilən formada sərəncam verilməsi, xüsusilə onların özgəninkiləşdirilməsi, yüklü edilməsi və ya vəkalətli idarəetməyə verilməsi qadağan olunur. Səhmlərin bu cür yüklülüyü barədə məlumat maliyyə bazarlarına nəzarət orqanının müraciəti əsasında qiymətli kağız mülkiyyətçilərinin reyestrində qeydə alınır.

57-7.4. Ödəmə qabiliyyətini itirmiş bankın satış qiyməti maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən olunmuş qaydalara uyğun olaraq keçirilən hərrac yolu ilə müəyyən olunur. Hərracın nəticələri ödəmə qabiliyyətini itirmiş bankın daha az məsrəflə və itkilərlə ödəmə qabiliyyətinin bərpasına imkan verməlidir. Müvəqqəti inzibatçı ödəmə qabiliyyətini itirmiş bankı hərrac yolu ilə seçilmiş investora satır.

57-7.5. Ödəmə qabiliyyətini itirmiş bankın investora satışı bankın səhmlərinin satın alınması müqaviləsi əsasında həyata keçirilir.

57-7.6. Satınalma müqaviləsi ilə aşağıdakılar təmin olunmalıdır:

57-7.6.1. ödəmə qabiliyyətini itirmiş bankın müəyyən vaxt çərçivəsində banklar üçün müəyyən edilmiş prudensial tələblərə uyğunlaşdırılması barədə investorun öhdəliyi;

57-7.6.2. investorun bankın kapitallaşdırılması və (və ya) ödəmə qabiliyyətinin bərpa edilməsi, o cümlədən bank əməliyyatlarının sabitləşdirilməsi üzrə öhdəliyini icra edə bilmədiyi halda müqavilənin ləğv edilməsi şərtləri.

57-7.7. Müvəqqəti inzibatçı və investor arasında bağlanılmış səhmlərin satınalma müqaviləsi səhmlər üzrə hüquqların investorun adına qiymətli kağız mülkiyyətçilərinin reyestrində qeydə alınması üçün əsas sayılır.

57-7.8. Ödəmə qabiliyyətini itirmiş bankın digər sağlam banka qoşulması bankın bu Qanunun 57-7-ci maddəsində nəzərdə tutulmuş qaydada investor olan banka satışı formasında həyata keçirilir.

Maddə 57-8. Körpü bankın yaradılması və satışının həyata keçirilməsi

57-8.1. Bankın rezolyusiyası ilə bağlı tədbirlər planına uyğun olaraq, maliyyə bazarlarına nəzarət orqanı ödəmə qabiliyyətini itirmiş bir və ya bir neçə bankın aktiv və öhdəliklərinin tam və ya qismən köçürülməsi və onların müvəqqəti idarə edilməsi məqsədi ilə körpü bankın yaradılması barədə qərar qəbul edir.

57-8.2. Maliyyə bazarlarına nəzarət orqanı körpü bankın təsisçisi və yeganə səhmdarı hesab olunur. Körpü bankın fəaliyyəti maliyyə bazarlarına nəzarət orqanı tərəfindən qəbul edilən qaydalarla tənzimlənir. Maliyyə bazarlarına nəzarət orqanı tərəfindən digər banklar üçün müəyyən edilmiş normativlər, habelə Mərkəzi Bank tərəfindən pul siyasətinin həyata keçirilməsi aləti kimi banklara tətbiq olunan məcburi ehtiyatların saxlanılması tələbi körpü banka şamil edilmir.

57-8.3. Körpü bankın yaradılması, səhmlərinin buraxılışı və qeydiyyatı, körpü banka bank lisenziyasının verilməsinin xüsusi sadələşdirilmiş proseduru maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.

57-8.4. Körpü bankın investora satışı maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq keçirilən hərrac yolu ilə həyata keçirilir. Körpü bankın idarəetmə orqanlarının səlahiyyətlərini müvəqqəti inzibatçı həyata keçirir və investora satılana kimi körpü bank müvəqqəti inzibatçı tərəfindən idarə olunur.

57-8.5. Körpü bankın satışı üçün başlanğıc qiymət maliyyə bazarlarına nəzarət orqanının qəbul etdiyi metodologiyaya uyğun olaraq müəyyən olunur. Körpü bankın satın alınması üçün ən yüksək qiymət təklif etmiş və körpü bankın müəyyən vaxt çərçivəsində banklar üçün müəyyən edilmiş prudensial tələblərə uyğunlaşdırılması və ya mövcud sağlam banklardan birinə qoşulması barədə öhdəlik götürmüş investor hərracın qalibi hesab olunur.

57-8.6. Öhdəliklərin yerinə yetirilməsi zamanı maliyyə bazarlarına nəzarət orqanı kreditorların bu Qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş növbəliliyinə uyğun olaraq, bütün kreditorlarla bərabər və vicdanla davranmalıdır.

57-8.7. Körpü bank köçürülmüş aktivlərlə bağlı bütün hüquqları (girov müqavilələri ilə bağlı hüquqlar da daxil olmaqla) əldə edir və köçürülmüş öhdəliklər üzrə ödəmə qabiliyyətini itirmiş bankın kreditorlarına münasibətdə borclunun bütün hüquq və vəzifələrini əvvəl bağlanılmış müqavilələrə əlavə və dəyişikliklər edilmədən qəbul edir.

57-8.8. Hərracın qalibi elan olunması barədə yazılı bildiriş investora təqdim edildiyi gündən 7 təqvim günü ərzində maliyyə bazarlarına nəzarət orqanı ilə investor arasında körpü bankın səhmlərinin satınalınmasına dair müqavilə bağlanılır. Bu müqavilə körpü bankın səhmləri üzrə hüquqların investorun adına qiymətli kağız mülkiyyətçilərinin reyestrində qeydə alınması üçün əsas sayılır.

57-8.9. Satınalma müqaviləsində investorun körpü bankı müqavilədə müəyyən edilən, lakin 3 aydan çox olmayan müddətdə banklar üçün müəyyən edilmiş prudensial tələblərə uyğunlaşdırması və ya mövcud sağlam banklardan birinə qoşulması barədə öhdəliyi əks olunmalıdır. Körpü bankın satışından əldə edilmiş vəsait ödəmə qabiliyyətini itirmiş bankın kreditorlarının tələblərinin ödənilməsinə yönəldilir.

57-8.10. Satınalma müqaviləsinin bütün şərtləri investor tərəfindən icra olunduğu halda, bank körpü bank statusunu itirir. Körpü bank statusunun itirilməsindən 3 ay sonra maliyyə bazarlarına nəzarət orqanı banklar üçün müəyyən edilən normativlərin yerinə yetirilməsini müəyyən etmək üçün bankda yoxlamalar aparır.

57-8.11. Körpü bank statusunun itirildiyi gündən 3 iş günü ərzində maliyyə bazarlarına nəzarət orqanı müvəqqəti inzibatçının fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edir.

57-8.12. Ödəmə qabiliyyətini itirmiş bankın aktiv və öhdəliklərinin körpü banka köçürülməsinin tamamlandığı gün maliyyə bazarlarına nəzarət orqanı ödəmə qabiliyyətini itirmiş bankın bank lisenziyasının ləğvi barədə qərar qəbul edir və bu Qanunun 59.1-ci maddəsində nəzərdə tutulmuş halda məhkəməyə müraciət edir.

57-8.13. Təsis olunduğu gündən 6 ay ərzində maliyyə bazarlarına nəzarət orqanı körpü bankın investora satışını təmin etməlidir. Bu müddət maliyyə bazarlarına nəzarət orqanının qərarı ilə 3 aydan çox olmayan müddətə uzadıla bilər. Körpü bank statusu itirilənə qədər maliyyə bazarlarına nəzarət orqanı körpü bankın fəaliyyətinə nəzarəti həyata keçirir.

57-8.14. Körpü bank bu Qanunun 57-8.13-cü maddəsində nəzərdə tutulan müddətlərdə satıla bilmədikdə, bu məqsədlə müəyyən edilən müddətin başa çatmasından ən geci sonrakı gün maliyyə bazarlarına nəzarət orqanı körpü bankın bank lisenziyasının ləğvi və məcburi ləğvi üçün müvafiq tədbirlər görməlidir.

Maddə 57-9. Sistem əhəmiyyətli bankların ödəmə qabiliyyətinin bərpasında dövlətin iştirakı

57-9.1. Dövlət vəsaitləri cəlb edilməklə sistem əhəmiyyətli bank barəsində maliyyə sağlamlaşdırılması tədbirləri həyata keçirilə bilər.

57-9.2. Bankın sistem əhəmiyyətli bank kimi qiymətləndirilməsi meyarları Mərkəzi Bank və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən olunur.

57-9.3. Ödəmə qabiliyyətini itirmiş bank maliyyə bazarlarına nəzarət orqanının sistem əhəmiyyətli banka münasibətdə müəyyən etdiyi meyarlara uyğun olduqda, maliyyə bazarlarına nəzarət orqanı bankın maliyyə sağlamlaşdırılması ilə bağlı tədbirlər planını hazırlayır.

57-9.4. Tədbirlər planının layihəsi maliyyə bazarlarına nəzarət orqanı tərəfindən bankın sağlamlaşdırılması üçün ayrılacaq ən az həcmdə dövlət vəsaiti və minimum itkinin hesablanması prinsipi ilə müvafiq təhlillər aparılmaqla hazırlanır.

57-9.5. Tədbirlər planı ödəmə qabiliyyətini itirmiş bankın aktiv və öhdəliklərinin inventarizasiyasının nəticələri əsasında bankın maliyyə və əmlak vəziyyətinin qiymətləndirilməsi yolu ilə müəyyən edilmiş aşağıdakı metodlardan hər hansı biri ilə bankın ödəmə qabiliyyətinin bərpası tədbirlərini özündə əks etdirməlidir:

57-9.5.1. ödəmə qabiliyyətini itirmiş bankın səhmlərinin azı 75 faizinin dövlətə məxsus banka Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq qoşulması və ya bu cür dövlətə məxsus bank tərəfindən satın alınması;

57-9.5.2. sonradan investora satılması şərtilə ödəmə qabiliyyətini itirmiş bankın səhmlərinin 50 faizdən çoxunun dövlət tərəfindən əldə edilməsi və əlavə səhm emissiyası ilə dövlət vəsaiti hesabına bankın nizamnamə kapitalının artırılması;

57-9.5.3. bankın səhmdarlarının razılığı ilə bankın idarə edilməsini dövlətin əlində saxlamaq və sonradan dövlətin iştirak payını bankın mövcud səhmdarlarına və ya bankın bütün səhmlərinin başqa bir investora satılması şərtilə bankın səhmlərinin 50 faizdən az hissəsinin dövlət tərəfindən satın alınması;

57-9.5.4. sistem əhəmiyyətli bankın rezolyusiyası məqsədi ilə bu Qanunun 57.6-cı maddəsində nəzərdə tutulmuş tədbirlərin görülməsi.

57-9.6. Tədbirlər planına xüsusilə ödəmə qabiliyyətini itirmiş bankın ödəmə qabiliyyətinin bərpası tədbiri kimi itkilər və xərclər baxımından daha sərfəli olan bu Qanunun 57-9.5-ci maddəsində göstərilmiş metodlardan hər hansı birinin seçilməsi üçün xərclərin əsaslandırılması və onların müqayisəli təhlili daxil edilir və bankın sağlamlaşdırılması üçün tələb olunan dövlət vəsaitinin məbləği göstərilir.

57-9.7. Tədbirlər planı maliyyə bazarlarına nəzarət orqanı tərəfindən hazırlandıqdan sonra bankın sağlamlaşdırılması üçün tələb olunan dövlət vəsaitinin məbləği və ödənilməsi üsulları razılaşdırılması üçün müvafiq icra hakimiyyəti orqanına təqdim olunur. Tədbirlər planına müvafiq icra hakimiyyəti orqanının təklifi ilə müvafiq əlavə və (və ya) dəyişikliklər edilir. Tədbirlər planı təqdim olunduqdan sonra 10 gün ərzində müvafiq icra hakimiyyəti orqanı plana dair öz əsaslandırılmış rəyini təqdim etməlidir. Maliyyə bazarlarına nəzarət orqanı müvafiq icra hakimiyyəti orqanının rəyini aldıqdan sonra 3 gün müddətində ödəmə qabiliyyətini itirmiş sistem əhəmiyyətli bankın tədbirlər planını müvafiq qərar qəbul edilməsi üçün həmin rəylə birlikdə müvafiq icra hakimiyyəti orqanına təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı bankın sağlamlaşdırılması təklifinə müsbət baxdıqda, bankın maliyyə sağlamlaşdırılması haqqında qərar qəbul edir və müvafiq tədbirlər planını təsdiq edir.

57-9.8. Ödəmə qabiliyyətini itirmiş sistem əhəmiyyətli bankın dövlət tərəfindən satınalınması dövlət büdcəsi vəsaiti hesabına və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət zəmanəti ilə təmin edilmiş istiqrazların emissiya edilərək qiymətli kağızlar bazarında yerləşdirilməsilə həyata keçirilir. Ödəmə qabiliyyətini itirmiş sistem əhəmiyyətli bankın məcmu kapitalı nizamnamə kapitalından az olduğu halda, bankın səhmlərinin yeni nominal dəyəri müəyyən edilərək nizamnamə kapitalı müvafiq həcmdə azaldılır. Bankın kapitalı itirildiyi halda isə bankın nizamnamə kapitalının dəyəri şərti maliyyə vahidinə endirilir və bu qiymətə satın alınır.

57-9.9. Maliyyə bazarlarına nəzarət orqanının təyin etdiyi müvəqqəti inzibatçı bankın maliyyə sağlamlaşdırılması tədbirlərini müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi tədbirlər planı əsasında həyata keçirir. Müvəqqəti inzibatçı ödəmə qabiliyyətini itirmiş sistem əhəmiyyətli bankın ödəmə qabiliyyətinin bərpası ilə bağlı bu Qanunun 57-2-ci və 57-3-cü maddələrində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir.

57-9.10. Ödəmə qabiliyyətini itirmiş bankın ödəmə qabiliyyətinin bərpası ilə bağlı tədbirlər planının təsdiq olunduğu gündən 3 ay ərzində bu Qanunun 57-9.5.1-57-9.5.3-cü maddələrində nəzərdə tutulmuş hər hansı metodlardan biri tətbiq oluna bilmədikdə, maliyyə bazarlarına nəzarət orqanı bu Qanunun 57.6-cı maddəsində nəzərdə tutulmuş qaydada bankın rezolyusiyası üzrə tədbirlər görür.

Maddə 57-10. Banka vurulmuş zərərin ödənilməsi və bankın ödəmə qabiliyyətinin bərpası çərçivəsində ödənilmiş vəsaitin geri qaytarılması

57-10.1. Bu Qanunun 57-9-cu maddəsində nəzərdə tutulmuş şərtlərlə sağlamlaşdırılmış sistem əhəmiyyətli bankın dövlət vəsaiti hesabına bu Qanunun 57-9-cu maddəsində nəzərdə tutulmuş qaydada ödəmə qabiliyyətinin bərpası həyata keçirildikdə, bankın inzibatçıları və mühüm iştirak payına sahib səhmdarları banka vurulmuş zərəri müvəqqəti inzibatçının müəyyən etdiyi müddət ərzində ödəməlidirlər.

57-10.2. Bankın inzibatçılarının və mühüm iştirak payına sahib səhmdarlarının aşağıdakı qanunsuz hərəkətləri nəticəsində banka vurduqları zərər ödənilməlidir:

57-10.2.1. bankın əsas vəsaitlərinin satılması, bağışlanması, digər formada mənimsənilməsi və ya israf edilməsi;

57-10.2.2. bankın əsas vəsaitlərinin girov qoyulması və ya bankın aktivlərinin digər formada yüklü edilməsi;

57-10.2.3. açıq-aşkar ödəniş qabiliyyəti olmayan şəxslərə kredit verilməsi;

57-10.2.4. ölkə daxilində və ya xaricdə depozit hesabları açaraq, bu hesablardakı vəsaitin girov qoyularaq təminat qismində göstərilməsi;

57-10.2.5. bankın səhmdarlarına və ya inzibatçılarına bank zərərlə işlədiyi halda və ya bankın mənfəətinə qeyri-mütənasib həcmdə bonusların və dividendlərin ödənilməsi;

57-10.2.6. bu Qanunun 57-3.2-ci maddəsində nəzərdə tutulmuş bankın ödəmə qabiliyyətinin pisləşməsinə səbəb olmuş müqavilələrin bağlanılması;

57-10.2.7. başqa formada özü, banka aidiyyəti olan şəxslər və ya başqa şəxslər üçün istənilən növ maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə bankın əmlakının mənimsənilməsi və ya israf edilməsi.

57-10.3. Müvəqqəti inzibatçı bu Qanunun 57-10.2-ci maddəsində nəzərdə tutulmuş şəxslərin banka vurduğu zərərin həcmini və geri ödəniləcək məbləği bankın ödəmə qabiliyyətinin bərpasına başlandığı tarixdən əvvəlki iki illik müddəti əhatə edən dövrdə bankda həyata keçirilmiş əməliyyatları və qəbul edilən qərarları təhlil etməklə müəyyən edir və bu barədə ayrıca akt hazırlanır.

57-10.4. Müvəqqəti inzibatçı hazırlanmış akta əsasən banka zərər vurmuş şəxslərə vurulmuş zərərin könüllü qaydada ödənilməsi barədə bildiriş göndərir və zərərin ödənilməsi müddətini müəyyən edir. Banka zərər vurmuş şəxslər müəyyən edilmiş müddətdə vurulmuş zərəri könüllü qaydada ödəmədiyi təqdirdə, müvəqqəti inzibatçı zərərin məcburi qaydada ödənilməsi üçün məhkəməyə müraciət edir.

57-10.5. Müvəqqəti inzibatçı banka vurulmuş zərərin müəyyən edilməsi çərçivəsində bankın səhmdarlarından, inzibatçılarından, banka aidiyyəti olan şəxslərdən onların sahibliyində və mülkiyyətində olan pul vəsaitləri və ya digər əmlak, son iki il müddətində əldə etdiyi gəlirlər, bankdan aldıqları dividendlər və bonuslar barədə məlumat təqdim edilməsini tələb edə bilər. Maliyyə bazarlarına nəzarət orqanı dövlət orqanlarına, idarə, müəssisə və təşkilatlara bu şəxslərin sahibliyində və mülkiyyətində olan pul vəsaitləri və ya digər əmlak, son iki il müddətində əldə etdiyi gəlirlər üzrə məlumatların təqdim edilməsi barədə sorğu verə bilər.

57-10.6. Bankın inzibatçılarının qanuna zidd qərarları, digər hərəkətləri və hərəkətsizliyi nəticəsində bankın müflis olduğu və ya ödəmə qabiliyyətini itirdiyi müəyyən edilərsə və onların bu öhdəliklərini ödəmə qabiliyyəti olmazsa məhkəmə müvəqqəti inzibatçının müraciəti əsasında “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq banka vurduğu zərər həddində bu şəxsləri müflis elan edə bilər. Bu cür qanuna zidd əməllər bankın səhmdarlarına mənfəət əldə etmək məqsədi ilə edildikdə, məhkəmə bu cür qanunsuz əməllərdən mənfəət götürən səhmdarlar barəsində eyni cür qərar qəbul edə bilər.

57-10.7. Bu Qanunun 57-10-cu maddəsinin müddəaları bu Qanunun 57-ci maddəsinə əsasən müvəqqəti inzibatçı tərəfindən həyata keçirilən ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyasına da şamil olunur.”.

8. aşağıdakı məzmunda VIII-I fəsil əlavə edilsin:

“VIII-I FƏSİL

BANKIN ÖHDƏLİKLƏRİNİN KÖNÜLLÜ RESTRUKTURİZASİYASI

Maddə 57-11. Bankın öhdəliklərinin könüllü restrukturizasiyası

57-11.1. Bankın kreditorları qarşısında olan öhdəlikləri, bankın sığortalanmış əmanətçiləri qarşısında olan öhdəlikləri istisna olmaqla, bu Qanun ilə müəyyən edilmiş qaydada könüllü restrukturizasiya edilə bilər.

57-11.2. Bank, öz öhdəliyinin (öhdəliklərinin) icrası ilə bağlı kreditorun (kreditorların) tələbini (tələblərini) pul vəsaitinin olmaması, çatışmaması və ya hər hansı əsaslarla pul vəsaitinin istifadəsinin mümkün olmaması səbəbindən icra etmək imkanında olmaması və ya icra etmək imkanında olmaması təhlükəsi yarandıqda Müşahidə Şurasının bu barədə qərarı əsasında bankın öhdəliklərinin könüllü restrukturizasiyası prosesinə başlaya bilər. Müşahidə Şurasının bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında qərarının surəti həmin qərar qəbul olunduğu tarixdən sonrakı birinci iş günündən gec olmayaraq maliyyə bazarlarına nəzarət orqanına təqdim olunmalıdır.

57-11.3. Maliyyə bazarlarına nəzarət orqanı bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında Müşahidə Şurasının qərarını aldıqdan sonra 10 təqvim günü ərzində bankın öhdəliklərinin könüllü restrukturizasiyası məsələlərinə dair bankla yazılı razılaşma bağlayır. Bu müddət maliyyə bazarlarına nəzarət orqanının qərarı ilə 10 təqvim günü müddətinədək uzadıla bilər.

57-11.4. Maliyyə bazarlarına nəzarət orqanı ilə bank arasında bankın öhdəliklərinin könüllü restrukturizasiyasına dair yazılı razılaşma bağlandıqdan sonra 10 təqvim günü ərzində, bank restrukturizasiya planının layihəsini hazırlayır və baxılması üçün yazılı surətdə maliyyə bazarlarına nəzarət orqanına təqdim edir.

57-11.5. Maliyyə bazarlarına nəzarət orqanı baxılmaq üçün ona təqdim edilmiş restrukturizasiya planının layihəsinə dair təklifləri olduqda, bu barədə banka yazılı bildiriş təqdim edir və restrukturizasiya planına əlavə və (və ya) dəyişikliklərin edilməsini tələb edir. Bank restrukturizasiya planına əlavə və (və ya) dəyişiklikləri etdikdən sonra, restrukturizasiya planının layihəsini təkrar yazılı surətdə maliyyə bazarlarına nəzarət orqanına təqdim edir. Maliyyə bazarlarına nəzarət orqanı restrukturizasiya planının layihəsi ilə razı olduqda, bu barədə banka yazılı bildiriş göndərir.

57-11.6. Restrukturizasiya planına razılıq barədə maliyyə bazarlarına nəzarət orqanının yazılı bildirişini aldıqdan sonra bank, maliyyə bazarlarına nəzarət orqanı tərəfindən bildirişdə müəyyən edilmiş müddətdə öhdəliklərinin könüllü restrukturizasiyasına başlamaq üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət edir. Restrukturizasiyaya başlamaq haqqında məhkəmənin qərarı (bundan sonra - bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında məhkəmə qərarı) qüvvəyə mindiyi tarixdən və restrukturizasiya planına əsasən bankın öhdəliklərinin könüllü restrukturizasiyanın aparıldığı, lakin hər bir halda 180 gündən artıq olmayan müddət ərzində bu Qanunun 57-11.8-ci və 57-11.21-ci maddələrində nəzərdə tutulmuş məhdudiyyətlər tətbiq olunur. Bu müddət öhdəlikləri restrukturizasiya olunan bankın maliyyə bazarlarına nəzarət orqanı ilə razılaşdırılmış müraciətinə əsasən məhkəmə tərəfindən ümumilikdə 90 gün müddətinədək uzadıla bilər.

57-11.7. Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında məhkəmə qərarı qəbul olunduğu tarixdən 7 təqvim günü ərzində bank restrukturizasiya planına daxil edilmiş öhdəliklərinin restrukturizasiyası barədə Azərbaycan Respublikasının bütün ərazisini əhatə edən azı iki dövri mətbu nəşrdə və bir beynəlxalq səviyyədə tanınmış nəşrdə, habelə özünün rəsmi internet səhifəsində məlumat dərc etdirməli və həmin məlumatlarda bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında məhkəmə qərarının və restrukturizasiya planının surətlərinin məhkəmədən və ya bankın hüquqi ünvanından tələbləri restrukturizasiya planına daxil edilmiş bütün kreditorlar tərəfindən əldə edilə bilməsi imkanı göstərilməlidir.

57-11.8. Bu Qanunun 57-11.6-cı maddəsinə müvafiq olaraq, bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında məhkəmə qərarı qüvvəyə mindiyi tarixdən bank aşağıdakı hüquqlara malikdir:

57-11.8.1. alqı-satqı, dəyişdirmə, bağışlama müqavilələrinin və ya bankın hər hansı əmlakının özgəninkiləşdirilməsi ilə bağlı olan hər hansı digər müqavilələrin icra edilməsini, bank üçün hər hansı risk, o cümlədən, kredit riski yaradan borc, kredit, qarantiya və ya hər hansı maliyyələşdirmə növlərini təqdim edən müqavilələrin bağlanmasını dayandırmaq;

57-11.8.2. bankın məhkəmə tərəfindən təsdiq edilmiş restrukturizasiya planına daxil edilən öhdəliklərinin icrasını dayandırmaq.

57-11.9. Bank restrukturizasiya planına dair razılığın alınması məqsədilə tələbləri restrukturizasiya planına daxil edilmiş kreditorların yığıncağını çağırmalıdır. Kreditorların yığıncağının keçirilməsinədək olan müddət ərzində bu Qanunun 57-11.5-ci maddəsinə əsasən razılaşdırılmış plana dəyişikliklər edilərsə, restrukturizasiya planı kreditorların yığıncağının keçirilməsinə ən azı 30 təqvim günü qalmış baxılması üçün maliyyə bazarlarına nəzarət orqanına təqdim edilir.

57-11.10. Maliyyə bazarlarına nəzarət orqanı 10 təqvim günü ərzində bu Qanunun 57-11.9-cu maddəsinə əsasən təqdim edilən restrukturizasiya planına baxır və həmin plana dair qeydləri olduqda onların aradan qaldırılmasını yazılı surətdə bankdan tələb edir. Bank maliyyə bazarlarına nəzarət orqanının restrukturizasiya planına dair təkliflərini nəzərə almalı və müvafiq düzəlişlər edərək həmin planı maliyyə bazarlarına nəzarət orqanına təqdim etməlidir. Bank maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təsdiq edilmiş restrukturizasiya planı barədə 5 iş günü ərzində Azərbaycan Respublikasının bütün ərazisini əhatə edən azı iki dövri mətbu nəşrdə və bir beynəlxalq səviyyədə tanınmış nəşrdə, habelə özünün rəsmi internet səhifəsində məlumat dərc etdirməlidir və həmin məlumatlarda restruktizasiya planının surətinin bankın hüquqi ünvanından tələbləri restrukturizasiya planına daxil edilmiş bütün kreditorlar tərəfindən əldə edilə bilməsi imkanı göstərilməlidir.

57-11.11. Tələblərinin restrukturizasiya olunması nəzərdə tutulan kreditorlar yığıncaqda şəxsən və ya öz səlahiyyətli nümayəndələri vasitəsilə iştirak edə bilərlər. Tələbləri restrukturizasiya planına daxil edilmiş kreditorlar tərəfindən restrukturizasiya planının təsdiq edilməsi üçün restrukturizasiya planına əsasən restrukturizasiya edilməsi nəzərdə tutulan tələblərin ən azı üçdə iki hissəsinə malik olan kreditorların razılığı tələb edilir.

57-11.12. Restrukturizasiya planı bu Qanunun 57-11.11-ci maddəsi ilə nəzərdə tutulan qaydada təsdiq edildikdən sonra, bank 1 iş günü ərzində restrukturizasiya planını yazılı surətdə maliyyə bazarlarına nəzarət orqana təqdim edir. Restrukturizasiya planı bu Qanunun 57-11.11-ci maddəsi ilə nəzərdə tutulan qaydada təsdiq edilmədikdə, bank öhdəliklərinin restrukturizasiyanın bu Qanunun 57-11.11-ci maddəsində nəzərdə tutulmuş qaydada mümkün olmaması barədə maliyyə bazarlarına nəzarət orqanına 1 iş günü ərzində yazılı məlumat göndərir. Restrukturizasiya planı bu Qanunun 57-11.11-ci maddəsi ilə nəzərdə tutulan qaydada təsdiq edilmədikdə, bankın öhdəliklərinin könüllü restrukturizasiyası baş tutmamış sayılır. Restrukturizasiya planının bu Qanunun 57-11.11-ci maddəsinə müvafiq olaraq kreditorlar tərəfindən təsdiq edilməsi şərti ilə, bankın öhdəliklərinin könüllü restrukturizasiyası bankın kreditorlar qarşısında daşıdığı və restrukturizasiya planına uyğun olaraq restrukturizasiyası nəzərdə tutulan bütün öhdəliklərinə münasibətdə aparılır.

57-11.13. Restrukturizasiya planına maliyyə bazarlarına nəzarət orqanı tərəfindən baxıldıqdan sonra bank restrukturizasiya planının təsdiq edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət edir.

57-11.14. Bankın öhdəliklərinin könüllü restrukturizasiyası planının təsdiq edilməsi haqqında məhkəmə qərarı qüvvəyə mindiyi andan və restrukturizasiya planı qüvvədə olduğu müddət ərzində:

57-11.14.1. banka qarşı restrukturizasiya edilməsi nəzərdə tutulan öhdəliklər üzrə hər hansı müvafiq icra sənədi üzrə başlanılmış icraat dayandırılmalıdır;

57-11.14.2. öhdəliklərinin restrukturizasiya edilməsi nəzərdə tutulan kreditorların banka qarşı həmin öhdəliklərdən irəli gələn tələblərinin icrası dayandırılır.

57-11.15. Bankın restrukturizasiya planı ən azı aşağıdakı məlumatları özündə əks etdirməlidir:

57-11.15.1. restrukturizasiyanın məqsədini, aparılması qaydasını və müddətini;

57-11.15.2. restrukturizasiyaya məruz qalan öhdəliklərin siyahısını;

57-11.15.3. restrukturizasiya çərçivəsində aparılması nəzərdə tutulan tədbirlərin siyahısını;

57-11.15.4. bankın fəaliyyətinə tətbiq edilməli olan məhdudiyyətləri.

57-11.16. Restrukturizasiya olunan bank hər hansı bank holdinq şirkətinə daxil olduqda, bankın restrukturizasiya planında restrukturizasiya zamanı bank holdinq şirkətinin törəmə banklarına təsir edən amillər göstərilməlidir.

57-11.17. Bankın öhdəliklərinin könüllü restrukturizasiyasına aşağıdakı hallarda xitam verilir:

59-11.17.1. məhkəmə tərəfindən bu Qanunun 57-12-ci maddəsinə uyğun olaraq bankın öhdəliklərinin könüllü restrukturizasiyasına xitam verilməsi haqqında qərar qəbul edildikdə;

57-11.17.2. öhdəlikləri restrukturizasiya olunan bankın lisenziyasının ləğvi və məcburi ləğv edilməsi barədə maliyyə bazarlarına nəzarət orqanı tərəfindən qərar qəbul edildikdə;

57-11.17.3. bankın öhdəliklərinin könüllü restrukturizasiyasına xitam verilməsi barədə bankın Müşahidə Şurasının qərarı olduqda.

57-11.18. Restrukturizasiya planının tam icra edilməsi ilə əlaqədar bankın öhdəliklərinin könüllü restrukturizasiyasına xitam verildikdə bankın restrukturizasiya planına daxil edilmiş öhdəlikləri lazımi qaydada icra edilmiş hesab edilir.

57-11.19. Bank restrukturizasiya planında nəzərdə tutulmuş qaydada və müddətdə bankın öhdəliklərinin könüllü restrukturizasiyanın başa çatdırılması barədə bildirişi 3 təqvim günü ərzində və ya bankın öhdəliklərinin könüllü restrukturizasiyasına xitam verilməsi barədə məhkəmə qərarının surətini qərar qüvvəyə mindiyi tarixdən 10 təqvim günü müddətində maliyyə bazarlarına nəzarət orqanına və tələbləri restrukturizasiya planına daxil edilmiş kreditorlarına göndərməlidir.

57-11.20. Maliyyə bazarlarına nəzarət orqanı bank tərəfindən restrukturizasiya planının icra edilməsinə nəzarəti həyata keçirir.

57-11.21. Restrukturizasiya planında nəzərdə tutulan hallardan başqa, bank onun öhdəliklərinin restrukturizasiyası zamanı bankın digər hüquqi şəxslərdə iştirak etməsi və ya iştirak payının artırılması barədə qərar qəbul edə bilməz.

Maddə 57-12. Bankın öhdəliklərinin könüllü restrukturizasiyasına xitam verilməsi

57-12.1. Bankın öhdəliklərinin könüllü restrukturizasiyasına xitam verilməsi haqqında qərar maliyyə bazarlarına nəzarət orqanının müraciəti əsasında aşağıdakı əsaslardan biri mövcud olduqda məhkəmə tərəfindən qəbul edilir:

57-12.1.1. bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında məhkəmə qərarında nəzərdə tutulmuş restrukturizasiya müddəti başa çatdıqda;

57-12.1.2. restrukturizasiya planında nəzərdə tutulmuş tədbirlər tam icra edildikdə;

57-12.1.3. bankın könüllü restrukturizasiyası vaxtından əvvəl maliyyə bazarlarına nəzarət orqanının qərarı ilə aşağıdakı hallarda dayandırıldıqda:

57-12.1.3.1. bankın öhdəliklərinin könüllü restrukturizasiyasının bankın maliyyə sağlamlığına və fəaliyyətinin yaxşılaşdırılması ilə nəticələnməsinə gətirib çıxarmayacağına kifayət qədər əsaslar olduqda;

57-12.1.3.2. kreditorların bu Qanunun 57-11.11-ci maddəsində nəzərdə tutulmuş qaydada razılığı olmadıqda;

57-12.1.3.3. restrukturizasiya planında nəzərdə tutulmuş tədbirlər həmin plana uyğun yerinə yetirilmədikdə;

57-12.1.3.4. bankın öhdəliklərinin könüllü restrukturizasiyasının həyata keçirilməsi dövründə maliyyə bazarlarına nəzarət orqanının sərəncam və ya digər yazılı göstərişləri yerinə yetirilmədikdə.

57-12.2. Restrukturizasiya planına əsasən bütün tədbirlərin həyata keçirilməsi restrukturizasiya edilmiş öhdəliklər üzrə bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında məhkəmə qərarı qüvvəyə mindiyi tarixə qədər hər hansı müvafiq icra sənədi üzrə başlanılmış icraata xitam verilir.”.

9. 59-cu maddə üzrə:

9.1. 59.1-ci maddənin ikinci bəndi ləğv edilsin;

9.2. 59.2-ci maddəyə aşağıdakı məzmunda ikinci və üçüncü bəndlər əlavə edilsin:

“Məhkəmə bankın məcburi ləğv olunmasına dair qərarı ilə Fondu ləğvedici təyin edir. Bankın məcburi ləğvi barədə məhkəmə qərarı, onun qəbul edildiyi gündən ən geci sonrakı gün maliyyə bazarlarına nəzarət orqanına və Fonda göndərilir. Fond ləğvedici funksiyalarını müqavilə əsasında hüquqi və ya fiziki şəxslərə həvalə edə bilər. Fond, daha az məsrəflə, bütün kreditorların hüquq və qanuni mənafelərini nəzərə almaqla bankın ləğvi üçün bilavasitə məsuliyyət daşıyır və ləğvedici funksiyalarının başqa şəxslərə həvalə edilməsi Fondu bu məsuliyyətdən azad etmir. Fond tərəfindən ləğvedici qismində cəlb ediləcək hüquqi və fiziki şəxslərin xidmət və ya əmək haqlarının məbləği maliyyə bazarlarına nəzarət orqanı ilə razılaşdırmaqla müəyyən edilir. Bankın ləğv edilməsi ilə bağlı xərclər smetası, hər üç aydan bir Fondun təqdimatına əsasən maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təsdiq olunur.

Fondun müqavilə əsasında cəlb etdiyi ləğvedici bu Qanunla nəzərdə tutulmuş vətəndaş qüsursuzluğu tələblərinə cavab verməlidir. Məcburi ləğv edilən banka aidiyyəti olan şəxslər, səhmdarlar, habelə bankın kreditorları və borcluları bankın ləğvi prosesinə cəlb edilə bilməzlər. Bu kimi halların mövcudluğu ləğvedici cəlb edildikdən sonra aşkar olunarsa, onların fəaliyyətinə Fondun qərarı ilə xitam verilir və banka yeni ləğvedici cəlb edilir.”;

9.3. 59.3-cü maddənin birinci cümləsinə “yönəldilir” sözündən sonra “və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq bu qərardan şikayət verilməsi onun icrasını dayandırmır” sözləri əlavə edilsin;

9.4. 59.5.1-ci maddəyə “keçir” sözündən sonra “(banka müvəqqəti inzibatçı təyin olunduğu halda, müvəqqəti inzibatçının səlahiyyətlərinə bankın məcburi ləğvi barədə məhkəmə qərarı qəbul edildiyi andan maliyyə bazarlarına nəzarət orqanı tərəfindən xitam verilir)” sözləri əlavə edilsin;

9.5. 59.6-cı maddə aşağıdakı redaksiyada verilsin:

“59.6. Ləğvedicinin təyin edildiyi tarixdən bankın idarəetmə orqanları (müvəqqəti inzibatçı təyin olunduğu halda, müvəqqəti inzibatçı) bankın möhürlərini, ştamplarını, bütün əmlakını, mühasibat kitablarını və digər sənədlərini təhvil-təslim aktı ilə ləğvediciyə təhvil verməlidir. Banka təyin edilmiş ləğvedici başqası ilə əvəz edildiyi hallarda, eyni qaydada təhvil-təslim işləri həyata keçirilməlidir. Təhvil-təslim aktı bankın məcburi ləğvi barədə qərar çıxarmış məhkəmənin qərarı ilə təsdiq edilir. Ləğvedicinin qəbul etdiyi qərarlar və göstərişlər məcburi ləğv edilən bankın işçiləri üçün məcburi xarakter daşıyır.”;

9.6. 59.10-cu maddənin ikinci bəndi ləğv edilsin.

10. 61.1.2-ci və 61.1.3-cü maddələrə “bank” sözündən sonra “(bu Qanunun 57-11-ci maddəsinə əsasən bankın öhdəliklərinin könüllü restrukturizasiyası məsələlərinə dair bankla maliyyə bazarlarına nəzarət orqanı arasında yazılı razılaşma bağlandığı andan restrukturizasiyasının aparıldığı müddət istisna olmaqla)” sözləri əlavə edilsin.

11. 63-cü maddə üzrə:

11.1. 63.1-ci maddədə “52-ci” sözləri “57-ci” sözləri ilə, “53-cü” sözləri “57-2-ci” sözləri ilə əvəz edilsin;

11.2. 63.2-ci maddə ləğv edilsin.

12. 65.2.2-ci maddədə “57-ci” sözləri “57-9.7-ci” sözləri ilə əvəz edilsin.

13. 71-ci maddə üzrə:

13.1. 71.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“71.1. Məhkəmə bankın müflis elan olunmasına dair qərarı ilə Fondu ləğvedici təyin edir. Fond ləğvedici funksiyalarını müqavilə əsasında hüquqi və ya fiziki şəxslərə həvalə edə bilər. Fond, daha az məsrəflə, bütün kreditorların hüquq və qanuni mənafelərini nəzərə almaqla bankın ləğvi üçün bilavasitə məsuliyyət daşıyır və ləğvedici funksiyalarının başqa şəxslərə həvalə edilməsi Fondu bu məsuliyyətdən azad etmir. Fond tərəfindən ləğvedici qismində cəlb ediləcək hüquqi və fiziki şəxslərin xidmət və ya əmək haqlarının məbləği maliyyə bazarlarına nəzarət orqanı ilə razılaşdırmaqla müəyyən edilir. Bankın ləğv edilməsi ilə bağlı xərclər smetası hər üç aydan bir Fondun təqdimatına əsasən maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təsdiq olunur. Fondun müqavilə əsasında cəlb etdiyi ləğvedici bu Qanunla nəzərdə tutulmuş vətəndaş qüsursuzluğu tələblərinə cavab verməlidir. Məcburi ləğv edilən banka aidiyyəti olan şəxslər, səhmdarlar, habelə bankın kreditorları və borcluları ləğvedici qismində cəlb edilə bilməzlər. Bu kimi halların mövcudluğu ləğvedici təyin olunduqdan sonra aşkar olunarsa, onların fəaliyyətinə Fondun qərarı ilə xitam verilir və banka yeni ləğvedici təyin edilir.”;

13.2. 71.2-ci maddədə “əmək” sözündən sonra “(xidmət)” sözü əlavə edilsin, “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Fond (reqres hüququ ilə)” sözləri ilə əvəz edilsin;

13.3. 71.6-cı və 71.7-ci maddələr aşağıdakı redaksiyada verilsin:

“71.6. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 61.12-ci maddəsinə əsasən ləğv prosesində olan bankın ləğvi barədə qeyd hüquqi şəxslərin dövlət reyestrinə daxil edilənədək ləğvedici bank statistikası hesabatlarını maliyyə bazarlarına nəzarət orqanına və Mərkəzi Banka təqdim etməlidir.

71.7. Bu Qanunun 59.2-ci və 71.1-ci maddələrinə əsasən təyin edildiyi gündən ləğvedici aşağıdakı səlahiyyətləri həyata keçirir:

71.7.1. bankın idarə olunması üzrə bütün səlahiyyətləri, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətlərini həyata keçirir;

71.7.2. bankın əmlakının və sənədlərinin qorunması üçün tədbirlər görür, aralıq balansını tərtib edir, habelə bankın aktivlərini idarə edir;

71.7.3. bankın əmanətçilər qarşısında öhdəliklərinin reyestrini tərtib edir və kompensasiyaların ödənilməsi üçün qanuna müvafiq tədbirlər görür;

71.7.4. kreditorların tələblərini qeydə alır və onların ödənilməsi üçün tədbirlər görür;

71.7.5. bankın qarşısında olan borcların qaytarılması üzrə tədbirlər görür;

71.7.6. istənilən zaman bankın əməkdaşları ilə bağlanılmış əmək müqavilələrinə xitam verir;

71.7.7. bu Qanunun 79-cu maddəsində müəyyən edilmiş qaydada bankın bağlamış olduğu müqavilələrin qüvvəsinə xitam verilməsi üzrə tədbirlər görür;

71.7.8. tədbirlər planında nəzərdə tutulduğu halda, bankın aktiv və öhdəliklərinin satışını və ya köçürülməsini həyata keçirir;

71.7.9. bank tərəfindən verilmiş kreditlərin restrukturizasiyasını (kreditin ödəmə müddətinin uzadılması, faizlərin azaldılması və ya ləğv edilməsi, ümidsiz borcların silinməsi) həyata keçirir;

71.7.10. bankın məcburi ləğvinə gətirib çıxaran halları araşdırır, bu kimi halların baş verməsində şübhəli bilinən şəxslərin məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti orqanlara müraciət edir və bankın adından məhkəmələrdə iddialar qaldırılır.”;

13.4. 71.8-ci maddə ləğv edilsin.

14. Aşağıdakı məzmunda 71-1-ci maddə əlavə edilsin:

“Maddə 71-1. Maliyyə bazarlarına nəzarət orqanı tərəfindən ləğvedicinin fəaliyyəti üzərində nəzarət

71-1.1. Maliyyə bazarlarına nəzarət orqanı ləğvedici üzərində fəaliyyətinin bütün müddəti ərzində nəzarəti həyata keçirir.

71-1.2. Maliyyə bazarlarına nəzarət orqanı:

71-1.2.1. ləğvedicinin fəaliyyəti barəsində məlumatların təqdim edilməsini tələb etməyə;

71-1.2.2. ləğvedicidən hesabat almağa;

71-1.2.3. ləğvedicinin cari fəaliyyətinin həyata keçirilməsi ilə bağlı tövsiyələr və icrası məcburi olan yazılı göstərişlər verməyə;

71-1.2.4. ləğvedicinin fəaliyyətini yoxlamağa;

71-1.2.5. ləğvedicinin bankın idarəedilməsi ilə bağlı bu Qanun çərçivəsində qəbul etdiyi qərarlarından maraqlı şəxslərin verdiyi şikayətlərə baxmağa səlahiyyətlidir.

71-1.3. Bankın iflası dövründə ləğvedici öz fəaliyyəti haqqında maliyyə bazarlarına nəzarət orqanına onun müəyyənləşdirdiyi formada və müddətlərdə hesabat verir, habelə maliyyə bazarlarına nəzarət orqanının tələb etdiyi sənədləri və informasiyanı təqdim edir.”.

15. 84-cü maddədə “57-ci” sözləri “57-9-cu” sözləri ilə əvəz edilsin.

16. 92-ci maddədə “Bankın İdarə Heyətinin üzvləri, onun və ya maliyyə bazarlarına nəzarət orqanının vəzifəli şəxsləri, əməkdaşları” sözləri “Bank, Mərkəzi Bankın İdarə Heyətinin üzvləri və digər vəzifəli şəxsləri, maliyyə bazarlarına nəzarət orqanı və onun Direktorlar Şurasının üzvləri və digər vəzifəli şəxsləri” sözləri ilə əvəz edilsin.

17. 94.1-ci maddədə “VII” rəqəmləri “VIII, VIII-I” rəqəmləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 aprel 2017-ci il.

SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10