Gerb

13 aprel 2017, 15:15

Hörmətli cənab Prezident,

Sizin Sərəncamınızla “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin yaradılması Hacıqabul rayonunun əhalisi tərəfindən rəğbətlə qarşılandı. Rayonda kənd təsərrüfatının inkişafı üçün sanki yeni üfüqlər açılıb. Kəndlilər bu ASC-nin köməyindən yararlanır, istehsal etdikləri məhsulları vaxt itirmədən onlara təhvil verirlər.

Bu cəmiyyətin yaradılması ilə uşaq bağçalarının keyfiyyətli qida ilə təchizatı da yaxşılaşıb. Bir sözlə, belə bir qurumun yaradılması rayon zəhmətkeşləri üçün rahatlıq, uşaqlar üçün sağlamlıqdır.

Cənab Prezident, buna görə Sizə dərin minnətdarlığımızı bildiririk. İşləriniz avand olsun.

Hörmətlə,

Fərhadov Feyruz Fərhad oğlu

Fətəliyev Əslan Əmiraslan oğlu.

Azərbaycan Respublikası, Hacıqabul rayonu.