14 aprel 2017, 16:00

Nicat Məhəmmədlidən, Qəbələ, Azərbaycan

Möhtərəm cənab Prezident,

Ölkə vətəndaşlarına olan qayğınız hər addımınızda özünü göstərir. Müasir müstəqil Azərbaycanın qurucusu, ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı olduğunuzu gördüyünüz  işlərlə sübut edirsiniz.

Bu gün təhsilimizin, səhiyyəmizin inkişafı üçün çox işlər görülür. Sizin göstərişinizə əsasən, yeni məktəblər, təhsil ocaqları tikilib istifadəyə verilir, respublika əhalisi tibbi müayinə edilir. Əminik ki, Sizin uğurlu, uzaqgörən siyasətiniz sayəsində ölkəmiz daim inkişaf edəcək.

Möhtərəm cənab Prezident, biz Sizi sevirik. Nə yaxşı ki, varsınız. Nə yaxşı ki, Siz Azərbaycan xalqının Prezidentisiniz. Var olun, hər zaman bizimlə olun, cənab Prezident!

Bu gün siyasət meydanına nəzər saldıqda görürük ki, Siz Azərbaycanı bütün dünyada çox yüksək səviyyədə təbliğ edirsiniz.

Ölkəmiz və xalqımız üçün gördüyünüz işlərə görə şəxsən öz adımdan və ailəm adından Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm. Allahdan Sizə möhkəm cansağlığı və uzun ömür diləyirəm. 

Hörmətlə,

Məhəmmədli Nicat Rəfayıl oğlu.

Azərbaycan Respublikası, Qəbələ rayonu.