19 aprel 2017, 15:00

Kəmalə Əhmədova və başqalarından, İsmayıllı, Azərbaycan

Zati-aliləri, cənab İlham Əliyev,

Möhtərəm cənab Prezident,

Fəxr edir, qürur duyur, Sizə minnətdarlığımızı bildiririk ki, Mehriban xanım Əliyeva Azərbaycanın idarə olunmasında Sizinlə birgə fəaliyyət göstərir. Mehriban xanımın indiyədək daşıdığı ictimai vəzifələr elə məsuliyyətlə, elə bacarıqla icra olunub ki, birinci xanımı əsl dövlət xadimi səviyyəsinə yüksəldib. Qızlarımız Azərbaycan Gimnastika Federasiyası sədri kimi Mehriban xanımın fəaliyyətindən ən yüksək səviyyədə faydalanıblar.

2017-ci il aprelin 15-də bədii gimnastika üzrə İsmayıllı açıq birinciliyinin keçirilməsini biz Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu idman növünə birbaşa qayğısının və diqqətinin nəticəsi hesab edirik. Bədii gimnastika ilə məşğul olan qızların anaları adından Sizə, Birinci vitse-prezidentə minnətdarlığımızı, ən səmimi, ən xoş arzularımızı bildiririk. Çox sağ olun ki, Azərbaycan qadınlarının ən ləyaqətli, ən şərəfli təmsilçisinə belə bir ali dövləti vəzifə etibar etmisiniz.     

Dərin hörmət və ehtiramla,

Əhmədova Kəmalə

Kərimova Rəxşəndə

Əhmədova Aytəkin

Cəbiyeva Ülviyyə

Məmmədova Vüsalə.                           

Azərbaycan Respublikası, İsmayıllı rayonu.