19 aprel 2017, 15:30

Lətafət Salmanovadan, Göyçay, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin uşaqlara bəslədiyiniz qayğıkeş münasibətiniz, onların təhsili, sağlam və vətənpərvər ruhda böyüməsi üçün gördüyünüz işlər hər bir vətəndaşda haqlı olaraq qürur hissi oyadır. Uşaq bağçalarının maddi-texniki bazasının möhkəmləndirilməsi və keyfiyyətli qida məhsulları ilə təmin olunması da şəxsən Sizin diqqətiniz sayəsində mümkün olur. Xüsusi qeyd etmək istəyirəm ki, Sizin Sərəncamınız əsasında “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin yaradılmasından sonra bağçaların keyfiyyəti qida ilə təmin olunması işi daha da yaxşılaşıb. Bu qurum tərəfindən verilmiş ərzaq məhsullarının keyfiyyəti bizi tam qane edir.    

Əziz Prezidentimiz, uşaqların qayğısına qaldığınıza və onların gələcəkdə sağlam olmaları üçün göstərdiyiniz diqqət və qayğınıza görə Göyçay rayon Şəhadət kənd uşaq bağçasının kollektivi və burada təlim-tərbiyə alan uşaqların valideynləri adından Sizə dərin təşəkkürümüzü bildiririk.

Hörmətlə,

Salmanova Lətafət Məhyəddin qızı.

Azərbaycan Respublikası, Göyçay rayonu, Şəhadət  kəndi.