24 aprel 2017, 18:50

Hafiz Əhmədov və başqalarından, Yevlax, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin rəhbərliyinizlə respublikamız gündən-günə inkişaf edir, şəhərlərimiz, qəsəbə və kəndlərimiz gözəlləşir, əhalinin sosial problemlərinin həlli, rifah halının yaxşılaşdırılması üçün məqsədyönlü tədbirlər görülür. 

Bu yaxınlarda Yevlax rayonuna səfəriniz zamanı açılışında iştirak etdiyiniz Salahlı-Balçılı-Ağqıraqlı-Varvara-Cırdaxan avtomobil yolu adıçəkilən kəndlərin sakinlərinin şəhər mərkəzinə və qonşu kəndlərə rahat gediş-gəlişini təmin etdi.  
Möhtərəm Prezident, buna görə Sizə dərin minnətdarlığımızı bildiririk. Allah Sizi qorusun. 

Salahlı kənd sakinləri adından dərin hörmətlə,

Əhmədov Hafiz

Hüseynov Vidadi

Əhmədov Azər və başqaları.

Azərbaycan Respublikası, Yevlax rayonu.