25 aprel 2017, 12:05

Gülbahar Haqverdiyevadan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident,

Bu gün Sumqayıt hərtərəfli inkişaf və böyük quruculuq dövrünü yaşayır. Şəhərimizin ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatındakı əlamətdar hadisələr hər birimizdə iftixar hissi doğurur. Bütün bu yeniliklər dövlətçiliyimizin milli və ümumbəşəri əsaslarının, onun hüquqi dayaqlarının güclənməsinə xidmət edir və bütövlükldə Vətənimiz qarşısında son dərəcə geniş perspektivlər açır. Bütün bu nailiyyətlər Sizin yorulmaz fəaliyyətinizin məntiqi nəticələridir.

Cənab Prezident, ölkəmizdə təhsilə, iqtisadiyyata, milli mədəniyyətə münasibətiniz və mövqeyiniz bizim üçün böyük məktəbdir. Allah Sizi qorusun.

Hörmətlə,

Haqverdiyeva Gülbahar Arif qızı.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.