25 aprel 2017, 15:00

Mətləb Quliyev və başqalarından, Yevlax, Azərbaycan

Möhtərəm Prezident,

Cırdaxan kənd məktəbinin şagirdləri X-XI sinifləri Varvara kənd tam orta məktəbində oxuyurlar. Cırdaxan-Varvara yolunun bərbad vəziyyətdə olması uşaqlarımızın məktəbə gedib-gəlmələrinə böyük çətinlik yaradırdı. Payız-qış aylarında hətta nəqliyyat vasitələri bu yoldan istifadə edə bilmirdilər. Bu yaxınlarda Sizin açılışını etdiyiniz bu yol artıq göz oxşayır və bizim digər kəndlərlə, həmçinin şəhər mərkəzi ilə əlaqəmizi daha da asanlaşdırıb.

Əziz Prezidentimiz, Sizin qayğınız sayəsində əsaslı təmir olunan bu yola baxanda Sizə dua edir, uzun ömür, möhkəm cansağlığı arzulayırıq.

Hörmətlə,

Quliyev Mətləb

Mustafayeva Bəsti

Əliyeva Bulud. 

Azərbaycan Respublikası, Yevlax rayonu, Cırdaxan kəndi.