26 aprel 2017, 13:30

Vüqar Süleymanovdan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident,

Sumqayıt şəhəri tarixinin yeni inkişaf mərhələsini yaşayır. Şəhərimizdə aparılan abadlıq işləri sumqayıtlıların rahat həyat şəraitini və rifahını təmin edir. Çoxmərtəbəli binalarda liftlərin yenilənməsi, dam örtüklərinin dəyişdirilməsi, yolların təmiri, nəqliyyat xətlərinə yeni, rahat və çoxtutumlu avtobusların buraxılması biz sakinlərin ürəyincədir. Sumqayıtda yeni dənizkənarı parkın istifadəyə verilməsi isə nəinki biz sakinləri, hətta şəhərimizin qonaqlarının zövqünü oxşayır. 

Hörmətli cənab Prezident, şəhərimizə və onun sakinlərinə göstərdiyiniz diqqət və qayğınıza görə Sizə təşəkkür edirik.

Hörmətlə,        

Süleymanov Vüqar Qəzənfər oğlu.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.