26 aprel 2017, 17:20

Rafiq İsrafilovdan, Ağsu, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin regionlara göstərdiyiniz diqqət, o cümlədən Ağsu rayonunda yerləşən çoxmərtəbəli binaların təmiri üçün ayırdığınız vəsait biz vətəndaşlara olan diqqətinizin nəticəsidir. Yaşadığımız bina məhz həmin vəsait hesabına təmir olundu, həyətlərdə abadlıq işləri aparıldı. Binanın sakinlərinin istirahəti üçün gözəl şəraiti yaradıldı.

Çox hörmətli Prezident, bizə göstərdiyiniz diqqət və qayğıya görə sakinlər adından  Sizə dərin təşəkkürümüzü bildiririk. Sizə möhkəm cansağlığı və işlərinizdə uğurlar arzulayırıq. Allah Sizi qorusun.

Hörmətlə,         

İsrafilov Rafiq Məhərrəm oğlu.

Azərbaycan Respublikası, Ağsu rayonu.