05 may 2017, 12:00

Zenfira Cəlilovadan, Sumqayıt, Azərbaycan

Möhtərəm cənab Prezident,

Son illər ölkəmizin sürətli inkişafı naminə həyata keçirdiyiniz tədbirlər, iqtisadi və sosial islahatlar çərçivəsində ciddi uğurlar əldə edilib. Sizin şəxsi diqqətiniz və qayğınız nəticəsində Azərbaycanın bütün guşələri, o cümlədən də Sumqayıt gündən-günə inkişaf edir, sakinlərin həyat şəraiti yüksəlir. Aparılan böyük quruculuq və abadlıq işləri, binaların köhnəlmiş dam örtüklərinin yenilənməsi, müasir və rahat sərnişin avtobuslarının sakinlərin  istifadəsinə verilməsi, avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi üçün Sizin müvafiq Sərəncamınızla əlavə vəsaitinin ayrılması biz Sumqayıtlıları ürəkdən sevindirir.

Cənab Prezident, göstərdiyiniz diqqət və qayğıya görə mən də Sizə dərin minnətdarlığımı bildirir, uzun ömür, möhkəm cansağlığı, işlərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Cəlilova Zenfira Nəzər qızı.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.