Gerb

05 may 2017, 11:30

Möhtərəm Prezident,

2017-ci il may ayının 1-də imzaladığınız “Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin Fəxri təqaüdlərinin verilməsi haqqında” və “İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında” sərəncamlarınıza görə ölkəmizin çoxsaylı teatr ictimaiyyəti adından və şəxsən öz adımdan Sizə dərin təşəkkürümü bildirirəm. Sənət adamlarına göstərdiyiniz diqqət və qayğı rəhbəri olduğum Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyorları arasında da böyük bayram əhvalı yaratdı, onları yeni səhnə axtarışlarına və uğurlara ruhlandırdı.

Möhtərəm Prezident, daxili və xarici siyasət sahəsindəki çətin, çoxşaxəli, eyni zamanda, şərəfli fəaliyyətinizi daim dəstəkləyən Azərbaycanın teatr sənətçiləri bir daha Sizə minnətdarlıqlarını bildirir və qarşıda gələn IV İslam Həmrəyliyi Oyunları, Formula-1 yarışları və respublikamız üçün son dərəcə əhəmiyyətli olan digər tədbirlərin keçirilməsi işində böyük uğurlar arzulayırlar.                                                                                                        

Hörmətlə,

Azər Paşa Nemətov,

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı.

Azərbaycan Respublikası, Bakı şəhəri.