06 may 2017, 15:40

Növrətsə Həşimovadan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident,

“İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında” 2017-ci il 1 may tarixli Sərəncamınızla mən də incəsənət xadimləri sırasında Prezident mükafatına layiq görülmüşəm. Sevincimin həddi-hüdudu yoxdur. Sənət adamlarına olan xüsusi diqqətiniz qəlbimi riqqətə gətirir.

Cənab Prezident, bu qayğı və diqqətə görə Sizə öz minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Həşimova Növrəstə

Əməkdar Artist

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.