Gerb

08 may 2017, 12:15

Hörmətli cənab Prezident, Sumqayıt şəhəri tarixinin yeni inkişaf mərhələsini yaşayır. Şəhərimizdə aparılan çoxsaylı abadlıq işləri sumqayıtlıların rahat həyat şəraitini və rifahını təmin edir. Çoxmərtəbəli binalarda liftlərin yenilənməsi, dam örtüklərinin dəyişdirilməsi, yolların təmiri, nəqliyyat xətlərinə yeni, rahat və çoxtutumlu avtobusların buraxılması biz sakinlərin ürəyincədir. Şəhərimizdə yeni dənizkənarı parkın istifadəyə verilməsi isə nəinki biz sakinləri, hətta şəhərimizin qonaqlarının zövqünü oxşayır.

Möhtərəm cənab Prezident, şəhərimizə və onun sakinlərinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür edirik.

Hörmətlə,

Ələsgərova Sevda Ənvər qızı

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.