11 may 2017, 14:25

Nabat Gülmalıyevadan, Yevlax, Azərbaycan

Hörmətli cənab Prezident,

Mən şəhid anasıyam və şəkər xəstəliyindən əziyyət çəkirəm. Yevlax rayonunda icbarı tibbi sığortanın tətbiqi ilə bağlı verdiyiniz Sərəncam uyğun olaraq, müalicə alan vətəndaşlardan biri də mən oldum. Həkimlərimiz tərəfindən bizə təmənnasız və keyfiyyətli xidmətin göstərilməsi Sizə olan hörmət və ehtiramımızı daha da artırır.

Əziz Prezidentimiz, arzu edirəm ki, ölkəmizin bütün vətəndaşları Vətənimizi və xalqımızı Sizin qədər sevsinlər.

Hörmətlə,

Gülmalıyeva Nabat Cümşüd qızı.

Azərbaycan Respublikası, Yevlax şəhəri.