Gerb

16 may 2017, 20:46

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 774 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 8, maddə 494; 2009, № 6, maddə 419) ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 6-cı hissədə “(1 il)” sözləri “(6 ay)” sözləri ilə əvəz edilsin.

2. 10-cu hissədə “attestasiya komissiyasının tövsiyəsi” sözləri “xidməti fəaliyyətin qiymətləndirilməsinin nəticəsi” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 may 2017-ci il.