20 may 2017, 12:50

Məhəmməd Əliyarov və başqalarından, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Ölkəmizin hər yerində olduğu kimi, Binəqədi rayonunda da həyata keçirilən abadlıq-quruculuq işləri bizi çox sevindirir. Yaşadığımız 7-ci mikrorayon və burada yerləşən çoxmənzilli binalar indi yeni, müasir görkəm alıb. İnsanların rifahının yaxşılaşdırılması üçün görülən işlər də təqdirəlayiqdir.

Cənab Prezident, biz Sizin yürütdüyünüz daxili və xarici siyasətinizi həmişə dəstəkləyirik. Rayonumuza göstərdiyiniz qayğıya görə Sizə dərin minnətdarlığımızı bildirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Əliyarov Məhəmməd Ələkbər oğlu

İsmayılova Təranə Talıb qızı

Məmmədova Esmira Əlişirin qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon.