24 may 2017, 15:45

Dadaş Rzayevdən, Bakı, Azərbaycan

Möhtərəm Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Heydər oğlu Əliyev,

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yolunu şərəf və ləyaqətlə davam etdirdiyinizə görə Sizə bir Azərbaycan vətəndaşı, bir müharibə veteranı, bir ağsaqqal kimi minnətdarlığımı bildirirəm.

İmzaladığınız Sərəncamınızla Fatma Səttarovaya “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü”nün verilməsinə görə Sizə dərin ehtiramımızı və təşəkkürümüzü bildiririk. Biz Sizin xalqımız qarşısında misilsiz xidmətlərinizi ürəkdən bəyənir və böyük ruh yüksəkliyi ilə qarşılayırıq. Xüsusilə qeyd etmək istəyirəm ki, dünyanı böhran bürüdüyü bir vaxtda Azərbaycanın dinamik inkişafının qorunub saxlanılması, əhalinin sosial rifahının yaxşılaşdırılması naminə gördüyünüz böyük işlər sayəsində ölkəmiz gündən-günə dəyişir, inkişaf edir və müasirləşir. Əminəm ki, Azərbaycanın bütün əzəli torpaqları Sizin rəhbərliyiniz ilə tezliklə düşmən tapdağından azad olunacaqdır.

Cənab Ali Baş Komandan, müharibə veteranlarına göstərdiyiniz diqqət və qayğıya görə bütün veteranlar adından bir daha Sizə dərin təşəkkürümüzü bildiririk.

Hörmətlə,

Rzayev Dadaş Qərib oğlu, ehtiyatda olan general-mayor. 

Azərbaycan Respublikası, Bakı şəhəri.