25 may 2017, 13:15

Fatma Səttarovadan, Bakı, Azərbaycan

Əziz Prezidentim,

Ürəkdən gələn təşəkkürümü və xoş arzularımı qəbul etməyinizi xahiş edirəm. Bu yaşımda mənə verdiyiniz qiymətə - fərdi təqaüdə görə çox sağ olun!

Siz gündən-günə çiçəklənən Azərbaycan torpağının əziz və igid oğlu, ulu öndər Heydər Əliyevin layiqli davamçısısınız. Doğma Vətənimizə ürək sevgisi və müdrikliklə rəhbərlik edirsiniz. Ona görə də Azərbaycan xalqının rifah halı günbəgün yaxşılaşır.

Sizə və ailənizə cansağlığı, uzun ömür arzulayıram.

Hörmətlə,

Səttarova Fatma Hüseyn qızı

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi.