25 may 2017, 17:35

Loğman Əsədov və başqalarından, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin tapşırığınıza və təsdiq etdiyiniz Dövlət proqramlarına əsasən yerlərdə aparılan abadlıq-quruculuq işlərinə görə Sizə təşəkkürümüzü bildiririk. Həyata keçirdiyiniz daxili və xarici siyasətinizin ölkəmizə qazandırdığı uğurlar, gördüyünüz işlər bizim ürəyimizcədir. Bu yolda həmişə Sizi dəstəkləyirik.

Cənab Prezident, yaşadığımız beşmərtəbəli binaların ümumi istifadə yerləri – giriş qapıları, damları, zirzəmiləri, kommunikasiya xətləri Sizin diqqət və qayğınız sayəsində əsaslı təmir edilib, həyətləri abadlaşdırılıb. Bu işlərə görə yaşadığımız binaların sakinləri adından bir daha Sizə minnətdarlığımızı bildirir, işlərinizdə uğurlar arzulayırıq.

Hörmətlə,
Əsədov Loğman Abduləzzəl oğlu

Məlikov Telman Şirinağa oğlu

Osmanova Bəsti Yəhya qızı

Alıyeva Lətifə Yadulla qızı

Babayeva Xuraman Hüseyn qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon.