25 may 2017, 17:30

Kifayət Abdullayeva və başqalarından, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizi tərtərlilər adından salamlayır, rayonumuza göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildiririk. Bu günlərdə sevincimizin həddi-hüdudu yoxdur. Tərtər-Goranboy magistral avtomobil yolu yenidən qurulur. Bu yol yaşadığımız Hacıqərvənd kəndini rayon mərkəzi və qonşu Seydimli, Qaradağlı, Kəngərli, Təzəkənd, Xoruzlu, Sarov, Bəyimsarov və Borsublu kəndləri ilə birləşdirir.

Magistral yolun eni 2 metr genişləndirilərək 8 metrə çatdırılıb. Yol kənarına yeni səkilər, yaşıllıq zolaqları salınıb, işıqlandırma sistemi quraşdırılıb. Əvvəllər bu yol darısqal olduğu üçün burada tez-tez qəzalar baş verirdi. İndi isə ikitərəfli yolda maşınların hərəkəti asanlaşıb. Hazırda magistral yolun yenidən qurulması işləri davam etdirilir.

Möhtərəm cənab Prezident, hər an xalqımızı, əhalinin rahat və təhlükəsiz yaşamasını düşündüyünüzə, biz kənd camaatına göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarıq.

Tərtər rayon Hacıqərvənd kənd sakinləri adından dərin hörmətlə,

Abdullayeva Kifayət

Süleymanov Eldəniz

Əliyeva Səmayə

Alıkişiyev Eldar

Abbasova Qəmzə

Aslanov Vaqif

Səfərov Elsevər və başqaları.

Azərbaycan Respublikası, Tərtər rayonu.