25 may 2017, 17:10

Müşfiq Nağıyevdən, Hacıqabul, Azərbaycan

Möhtərəm cənab Prezident,

Mən Hacıqabul rayonunda müəllim işləyirəm. Ölkəmizdə təhsilin inkişafına, bu sahədə şəffaflığın və obyektivliyin yaradılmasındakı xidmətlərinizə görə Sizə minnətdarlığımı bildirirəm. Həmçinin bu sahədə çalışanlara göstərdiyiniz diqqət və qayğıya görə bir gənc müəllim olaraq Sizə təşəkkür edirəm.

Biz də həmişə çalışacağıq ki, ulu öndər Heydər Əliyevin vaxtilə söylədiyi “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” fikrinə layiq olmaq üçün bu sənətə sədaqətlə xidmət edək.

Cənab Prezident, biz Sizə inanır və Sizi dəstəkləyirik.

Hörmətlə,

Nağıyev Müşfiq Qardaşəli oğlu.

Azərbaycan Respublikası, Hacıqabul rayonu.