26 may 2017, 12:00

Sayəddin Musayev və başqalarından, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident,

Tərtər-Goranboy magistral avtomobil yolu bizim Seydimli kəndini rayon mərkəzi və səkkiz qonşu kəndlə birləşdirir. Əvvəllər bu yol darısqal olduğu üçün avtomobillərin hərəkətində çətinliklər yaranır, tez-tez qəzalar baş verirdi. Hazırda magistral yol yenidən qurulur, ətrafda səliqə-sahman yaradılır. İndi magistral yol genişləndirilib, maşınların hərəkəti asanlaşıb, qəzaların sayı azalıb. Piyadaların gediş-gəlişi üçün yolun kənarlarında səkilər salınıb, yaşıllıq zolaqları yaradılıb, gecə işıqlandırılması təmin edilib. Hazırda  magistral yolun yenidən qurulması işləri davam etdirilir.

Möhtərəm cənab Prezident, bizə göstərdiyiniz diqqət və qayğıya görə kəndimizin sakinləri adından Sizə minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Musayev Sayəddin

Dəmirov Rəfail

Vəliyev Nəsib

Məmmədov Akif

İsmayılova Şirin

Hüseynova Rəna və başqaları.

Azərbaycan Respublikası, Tərtər rayonu, Seydimli kəndi.