26 may 2017, 12:10

Vahid Cəfərovdan, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident,

Gəncəyə göstərdiyiniz xüsusi diqqət sayəsində şəhərimiz gündən-günə gözəlləşir. Öz qədimliyini qoruyan Gəncədə yeni ictimai və sosial binalar, kinoteatr və filarmoniya binaları inşa olunur. Hər sahədə infrastruktur layihələri uğurla icra edilir. Nəqliyyat infrastrukturu da tamamilə yenilənib. Şəhərdaxili və  şəhərlərarası sərnişin daşımaları müasir standartlar səviyyəsində həyata keçirilir. Bu məqsədlə marşrut xətlərinə yeni avtobus və mikroavtobuslar buraxılıb. Yeni qurulan avtovağzal kompleksi də öz möhtəşəmliyi ilə gəncəliləri sevindirir.

Cənab Prezident, bütün bu işlərə görə Sizə minnətdarlıq etməyi özümə borc bilirəm. Hər zaman Sizi dəstəkləyirəm.

Hörmətlə,

Cəfərov Vahid Zahid oğlu.

Azərbaycan Respublikası, Gəncə şəhəri, Kəpəz rayonu.