26 may 2017, 12:50

İsmi Tərlanovdan, Yardımlı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin tapşırığınız əsasında nazirlərin, komitə sədrlərinin və bir çox təşkilat rəhbərlərinin qrafik üzrə şəhər və rayonlarda vətəndaşları qəbul edib dinləməsi bir çox problemlərin həllinə yol açır. Mən rayonumuzda keçirilən belə qəbullardan birində oldum və qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evimin təmirinə kömək göstərilməsini xahiş etdim. Məsələyə həssaslıqla yanaşıldı və lazımi kömək göstərildi.

Hörmətli cənab Prezident, vətəndaşların yerlərdə qəbulunun həyata keçirilməsinə, həmçinin şəhid ailələrinə göstərilən qayğı və diqqətə görə Sizə ailəm adından dərin təşəkkürümü bildirirəm. Allah Sizi qorusun.

Hörmətlə,

Tərlanov İsmi Bəylər oğlu, şəhid atası.

Azərbaycan Respublikası, Yardımlı rayonu, Köryədi kəndi.