BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzdan

27 may 2017, 12:55

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

BP şirkəti Azərbaycan ilə əməkdaşlığın davamlı surətdə genişləndirilməsinə böyük əhəmiyyət verir. Ümidvarıq ki, bu əməkdaşlıq daha da məhsuldar inkişaf edəcəkdir. Mən BP və Azərbaycan Hökuməti arasında dostluq əlaqələrinin daha da möhkəmlənəcəyinə inanıram.

Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Azərbaycan xalqına isə firavanlıq arzulayıram.

Hörmətlə,

Qəri Counz

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti