27 may 2017, 14:00

Ramilə Aslanova və başqalarından, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident,

Ölkəmizin bütün bölgələri kimi, Sumqayıt şəhəri də Sizin diqqətiniz sayəsində sürətlə inkişaf edir. Yeni çəkilən yollar, salınan parklar, dənizkənarı bulvar, mədəniyyət mərkəzləri, ictimai binalar və digər işlər əhalinin rahat yaşayışının təmin olunmasına hesablanıb. İndi Sumqayıta daxil olarkən insan sanki başqa bir aləmə düşür. Biz sumqayıtlılar gündən-günə abadlaşan, gözəlləşən şəhərimizlə haqlı olaraq fəxr edirik.

Cənab Prezident, şəhərimizin sosial-iqtisadi inkişafına verdiyiniz dəstəyə, göstərdiyiniz qayğıya və diqqətə görə çoxsaylı sakinlər adından Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Aslanova Ramilə

Sarıyeva Hökumə

Hüseynova Şamama

Kərimova Samirə.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.