27 may 2017, 14:35

Yazagül Hüseynovadan, Gədəbəy, Azərbaycan

Hörmətli cənab Prezident,

Respublikamıza rəhbərlik etdiyiniz dövrdə Azərbaycan böyük inkişaf yolu keçib, bir çox mühüm sahələrdə uğurlar və nailiyyətlər əldə edib, xalqımıza ictimai-siyasi sabitlik və əmin-amanlıq bəxş olunub. Eyni zamanda, vətəndaşların müraciətlərinə vaxtında və şəffaf şəkildə baxılması üçün vacib tədbirlər həyata keçirilib. Məhz bunun nəticəsidir ki, bu yaxınlarda fərdi yaşayış evimə qaz xəttinin çəkilməsi ilə bağlı müraciətimə qısa müddətdə baxıldı və bu məsələ müsbət həllini tapdı.

Cənab Prezident, bir vətəndaş kimi mənim müraciətimə diqqətlə yanaşıldığı üçün şəxsən öz adımdan və ailə üzvlərim adından Sizə təşəkkür edirəm. Sizin dövlətiniz və xalqımız qarşısındakı xidmətlərinizi, apardığınız uğurlu daxili və xarici siyasətinizi yüksək dəyərləndirir və daim dəstəkləyirik.

Hörmətlə,

Hüseynova Yazagül Aslan qızı.

Azərbaycan Respublikası, Gədəbəy rayonu.