30 may 2017, 21:00

Göyçək Umudovadan, İsmayıllı, Azərbaycan

Hörmətli cənab Prezident,

Xalçaçılıq sahəsindəki 41 illik əmək fəaliyyətimi və Vətənimizə göstərdiyim xidmətləri nəzərə alaraq “Xalçaçı günü” münasibətilə məni 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etdiyinizə görə şəxsən öz adımdan və ailəm adından Sizə dərin minnətdarlığımı bildirirəm.

Respublikamızın tərəqqisi naminə çətin və şərəfli fəaliyyətinizdə Sizə uğurlar və möhkəm cansağlığı arzulayıram. Allah Sizi qorusun.

Hörmətlə,

Umudova Göyçək Tarverdi qızı.

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Lahıc qəsəbəsi.