31 may 2017, 14:00

Elman Salehov və başqalarından, Ağdaş, Azərbaycan

Hörmətli cənab Prezident,

Respublikamızın hər bir şəhər və rayonu kimi, Ağdaş rayonu da həmişə Sizin diqqət mərkəzinizdə olub. Yeni çəkilən yollar, salınan parklar, əsaslı təmir edilmiş yaşayış binaları rayonumuzun bugünkü mənzərəsinə yeni çalarlar qatır. Bütün bu işlər əhalinin rahat yaşayışının təmin olunmasına xidmət edir.

Ağdaş rayonunun Müşfiq İsayev küçəsində yerləşən 8 mənzilli yaşayış binasının dam örtüyü, fasad və giriş hissələrində aparılan təmir işləri görülən genişmiqyaslı tədbirlərin əyani sübutudur. Ötən əsrin 80-cı illərinin əvvəlində tikilib istifadəyə verilmiş bu binanın əvvəlki vəziyyəti sakinləri olduqca narahat edirdi. Əsaslı təmirdən sonra binamızın yeni görkəm alması sakinlərin ürəyincədir.

Cənab Prezident, rayonumuzun sosial-iqtisadi inkişafına verdiyiniz dəstəyə görə çoxsaylı sakinlər adından Sizə dərin minnətdarlığımızı bildirir, işlərinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Salehov Elman

Mahmudov Akif

Gözəlov Əli

Mikayılov Qəhrəman

Bilalov Ramin

İbrahimova Fatma. 

Azərbaycan Respublikası, Ağdaş rayonu.