13 iyun 2017, 11:10

Aybəniz Məmmədova və başqalarından, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident,

Hazırda Tərtər-Goranboy yolu yenidən qurulur. Kəndimizi Goranboy rayonu ilə birləşdirən magistral yol genişləndirilir, yolun kənarında səkilər tikilir, yaşıllıq zolaqları salınır, işıqlandırma sistemi quraşdırılır. Bütün bunlar bizi ürəkdən sevindirir. Ən başlıcası isə odur ki, biz təsərrüfatlarımızda yetişdirdiyimiz məhsulları vaxtında və itkisiz lazımi ünvanlarına çatdıra bilirik.

Möhtərəm cənab Prezident, bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarıq. Tanrı Sizi qorusun.

Hörmətlə,

Məmmədova Aybəniz

Musayev Fədail

Əliyev Tofiq

Quluyev Zaur

Mahmudov Məzahir.

Azərbaycan Respublikası, Tərtər rayonu, Xoruzlu kəndi.