13 iyun 2017, 11:50

Rəsimə Baxışova və başqalarından, İsmayıllı Azərbaycan

Hörmətli cənab Prezident,

Prezident seçildikdən sonra doğma İsmayıllımıza 5 dəfə səfər etməyiniz və bu müddətdə rayonumuza göstərdiyiniz qayğı hər birimizdə fəxr və qürur hissi yaradır. 2016-cı ilin avqustunda rayonumuza səfərinizin və ictimai mənzil fonduna göstərdiyiniz yüksək qayğınızın nəticəsidir ki, yaşadığımız köhnə binalar ən müasir üslubda təmir edilib və hər birimizin rahatlığı tam təmin olunub. 

Yaradılan yüksək şərait hər birimizi hədsiz sevindirməklə bizdə dövlətimizə, Vətənimizə və şəxsən Sizə sonsuz məhəbbət hissləri oyadır.

Bizə göstərdiyiniz yüksək qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk. Əmin olun ki, biz Sizin, o cümlədən xalqımızın hər bir probleminə qəlbinin mərhəməti və atəşi ilə yanaşaraq onları həll edən Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ətrafında sıx birləşərək daxili və xarici siyasətinizə dəstəyimizi əməli fəaliyyətimizlə sübut edəcəyik.  

İsmayıllı şəhərindəki 9 və 11 saylı yaşayış binalarının sakinləri adından dərin hörmətlə,

Baxışova Rəsimə Sabir qızı

Abbasova Mükafat Gülməmməd qızı

Babayeva Südabə Ağalar qızı

Cəbrayılova Aynəbəyim Gülməmməd qızı

Həbibova Laləzar Feyruz qızı

Abbasova Şərqiyyə Əlabbas qızı

Abbasov Cahangir Mustafa oğlu

Cəbrayılov İlyas Kamisar oğlu

Ağayeva Esmira Əli qızı

Məhərrəmov Qalib İbrahimxəlil oğlu

Məmmədov Nərman Hacıağa oğlu

Həbibova Minayə Məmmədsalah oğlu.

Azərbaycan Respublikası, İsmayıllı şəhəri.