Myanma İttifaqı Respublikasının Prezidenti Thin Cjodan

19 iyun 2017, 17:30

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Milli bayramınız - Respublika Günü münasibətilə Myanma xalqı adından və şəxsən öz adımdan Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimizi, ölkənizə davamlı inkişaf və tərəqqi arzularımızı çatdırıram.

Əminəm ki, ölkələrimiz arasındakı dostluq əlaqələri və əməkdaşlıq birgə səylərimizlə gələcəkdə daha da intensivləşəcək.

Zati-aliləri, xahiş edirəm, Sizə olan yüksək ehtiramımı qəbul edin.

Hörmətlə,

Thin Cjo

Myanma İttifaqı Respublikasının Prezidenti