Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Cibuti Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında ikitərəfli məsləhətləşmələrə dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

21 iyun 2017, 21:00

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Cibuti Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında ikitərəfli məsləhətləşmələrə dair 2017-ci il fevralın 24-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Cibuti Respublikası Hökumətinə bildiriş göndərsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 iyun 2017-ci il.