“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

22 iyun 2017, 15:38

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq, “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununu “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli 377-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 1, maddə 8, № 8, maddə 686; 2006, № 1, maddə 4; 2007, № 4, maddə 321; 2010, № 7, maddə 596; 2011, № 2, maddə 71, № 6, maddə 484; 2012, № 12, maddə 1228; 2013, № 12, maddə 1467; 2014, № 7, maddə 783; 2015, № 2, maddə 99, № 4, maddə 347, № 11, maddə 1287; 2016, № 12, maddə 2032) aşağıdakı dəyişikliklər edilsin:

1. 11.0.1-ci maddədən “, ərazi yurisdiksiyası” sözləri çıxarılsın.

2. Aşağıdakı məzmunda 11.0.1-1-ci maddə əlavə edilsin:

“11.0.1-1. məhkəmələrin ərazi yurisdiksiyasını müəyyən edir;”.

3. 12.0.26-1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“12.0.26-1. birinci instansiya və apellyasiya məhkəmələrinin maliyyə təminatı üçün nəzərdə tutulan xərclər barədə təkliflərə onlar müvafiq icra hakimiyyəti orqanına təqdim edilməzdən əvvəl rəy vermək;”.

4. Aşağıdakı məzmunda 22.4-cü maddə əlavə edilsin:

“22.4. İntizam məsuliyyəti məsələsinə baxılan hakimin öz arzusu ilə vəzifəsindən çıxmaq barədə yazılı ərizəsinə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 112-1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 may 2017-ci il.

SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10