“Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

22 iyun 2017, 16:10

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq qərara alır:

“Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 567; 2002, № 12, maddə 703; 2004, № 6, maddə 414; 2005, № 10, maddə 873; 2008, № 3, maddə 155; 2009, № 6, maddə 399; 2011, № 2, maddə 71; 2013, № 4, maddə 365; 2015, № 10, maddə 1084; 2016, № 2 (I kitab), maddə 188) 9.1-ci maddəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinə, bu maddənin birinci cümləsində nəzərdə tutulmuş qaydada, ikinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi diplomatik rütbəsi verilir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 may 2017-ci il.