23 iyun 2017, 12:00

Xalidə İsmayılovadan, Ağstafa, Azərbaycan

Hörmətli cənab Prezident,

Ağstafa-Köçəsgər avtomobil yolunun tikintisi ilə bağlı Sərəncamınıza görə Sizə minnətdarlığımı bildirirəm. Bütün analar kimi, mən də Sizə - əziz Prezidentimizə möhkəm cansağlığı arzulayıram. Arzu edirəm ki, torpaqlarımız tezliklə işğaldan azad olunsun, həmin torpaqlarımızda da quruculuq işləri geniş vüsət alsın, ölkəmiz daha da güclənsin və qüdrətlənsin.

Cənab Prezident, bu işdə Sizə və Birinci vitse-prezidentimiz xanım Mehriban Əliyevaya uğurlar arzulayıram.

Hörmətlə,

İsmayılova Xalidə İsgəndər qızı.

Azərbaycan Respublikası, Ağstafa rayonu.