23 iyun 2017, 13:45

Aslan Məmmədovdan, Biləsuvar, Azərbaycan

Möhtərəm cənab Prezident,

Biz məcburi köçkünlərin yaşadığı on bir qəsəbəni birləşdirən avtomobil yolunun bərpası məqsədilə imzaladığınız Sərəncamınız bizi çox sevindirdi. Bizə göstərdiyiniz qayğıya görə Sizə təşəkkür edirik.

Arzu edirik ki, bütün Qarabağ torpaqları Sizin sayənizdə yağı düşməndən azad olunsun, bu yollar Qarabağa açılan qapı olan Cocuq Mərcanlıdan Şuşaya çəkilsin, bütün qaçqınlar və məcburi köçkünlər öz doğma yurdlarına qayıtsınlar.

Hörmətlə,

Məmmədov Aslan Əvəz oğlu.

Azərbaycan Respublikası, Biləsuvar rayonu.