24 iyun 2017, 19:00

Vəli Qədirov və başqalarından, Yevlax, Azərbaycan

Çox hörmətli cənab Prezident,

Atalar dediyi kimi, su həyatdır, dirilikdir, susuz həyat yoxdur. Yerlərdə əhalinin içməli suya, torpaqların isə suvarma suyuna olan tələbatının ödənilməsi barədə tapşırıqlarınızın icra olunması biz kənd əməkçilərinin həyat şəraitinin yaxşılaşdırılmasına, güzəranımızın yüksəlməsinə xidmət edir. Yuxarı Qarxun kəndinin şimal hissəsində yerləşən torpaqlarımızın suvarılmasında əvvəllər çətinliklərlə qarşılaşırdıq. Bu yaxınlarda Kür çayının sahilində 500-600 hektar sahəni suvarmaq qabiliyyətinə malik güclü nasos stansiyası quraşdırıldı. Bununla da torpaqlarımızın suvarılması ilə bağlı çətinliklərimiz aradan qalxdı. İndi nasos stansiyasından vurulan su ilə əkin sahələrimizi normal suvarırıq.

Hörmətli cənab Prezident, bütün bunlara görə Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk. Qoy, Uca Allah Sizi hifz etsin, ulu öndər Heydər Əliyevə qəni-qəni rəhmət eləsin.

Hörmətlə,

Qədirov Vəli

Musəvi Qiyafət

Yusifov Teymur

Babayev Sadiq

Əzizov Bəxtiyar və başqaları.

Azərbaycan Respublikası, Yevlax rayonu.