08 iyul 2017, 12:00

İlahə Carçıyevadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Cari ilin may-iyun aylarında ölkəmizin iki beynəlxalq idman tədbirinə ev sahibliyi etməsi və bu yarışların uğurla başa çatdırılması hər bir vətənpərvər azərbaycanlıda qürur və fəxarət duyğuları oyadır. Bu möhtəşəm layihələrin reallaşdırılmasının əsas memarı olan Prezidentimizə, onların icrasında misilsiz xidmətlər göstərən Birinci vitse-prezident xanım Mehriban Əliyevaya sonsuz təşəkkürümüzü bildiririk.

Dünyaca məşhur “Formula-1” yarışlarının ikinci dəfə ölkəmizdə keçirilməsi paytaxtımıza xüsusi bir görkəm, əhval-ruhiyyə, gözəllik və rəngarənglik gətirmişdir. Yerli pərəstişkarlarla yanaşı, xarici turistlərin, “Formula-1” yarışları fanatlarının çətin və maraqlı Bakı marşrutuna həvəsi artmaqdadır. Önəmlisi odur ki, Sizin ideya və göstərişləriniz sayəsində biz istər “Eurovision” mahnı müsabiqəsi, I Avropa və IV İslam Həmrəyliyi oyunları, istərsə də “Formula-1” yarışları zamanı Azərbaycanımızı ən yaxşı tərəfdən təqdim etməyə böyük səy göstərmiş, təbiətimizi, malik olduğumuz təbii, maddi və mənəvi sərvətlərimizi, adət-ənənələrimizi, yerli həyat tərzimizi dünyaya çatdırmağa çalışmışıq.

Möhtərəm Prezident, bu işlərdə hər zaman Sizin dəstəyinizə arxalanırıq. Allah Sizi qorusun!

Hörmətlə,

Carçıyeva İlahə Maksim qızı

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.