10 iyul 2017, 13:10

Sayəddin Musayev və başqalarından, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident,

“Tərtər rayonunun Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” 2017-ci il 5 iyul tarixli Sərəncamınız həmin ərazidə yaşayan kənd sakinlərini, o cümlədən biz seydimliləri ürəkdən sevindirdi. Ümidvarıq ki, iyirmi yaşayış məntəqəsini birləşdirən bu yolun tikintisi avtomobillərin hərəkətini rahatlaşdıracaq, insanların həyatını daha da firavanlaşdıracaqdır.

Möhtərəm Prezident, biz tərtərlilərə göstərdiyiniz diqqət və qayğıya görə Seydimli kəndinin sakinləri adından Sizə öz dərin minnətdarlığımızı bildirir, işlərinizdə uğurlar arzulayırıq. Tanrı Sizi qorusun!

Hörmətlə,

Musayev Sayəddin Mustafa oğlu,

Süleymanov Ələddin Həbib oğlu,

Məmmədov Akif Həbib oğlu,

Quliyev Füzuli Əhməd oğlu,

Ağacanova Nəcibə Valeh qızı.

Azərbaycan Respublikası, Tərtər rayonu, Seydimli kəndi.